Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində müşahidəçilərlə növbəti görüş keçirildi - FOTOLAR

Cəmiyyət 16:44 26.01.2024

Yanvarın 26-da Beynəlxalq Avrasiya Mətbuat Fondunda fevral 7-də Azərbaycanda keçiriləcək Prezident seçkilərində ölkə üzrə müşahidəçi kimi iştirak edəcək heyəti ilə növbəti görüşü keçirilib. 

Ednews xəbər verir ki, BAMF-ın baş ofisində baş tutan görüşdə təşkilatın müstəqil müşahidəçi heyətinin bir hissəsi iştirak edib. BAMF prezidenti Umud Mirzəyev müşahidəçilərə növbədənkənar Prezident seçkiləri müşahidəçiləri üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Müşahidəçilər üçün Yaddaş” kitabında qeyd edilən hüquq və vəzifləri haqqında geniş məlumat verib. Onun sözlərinə görə, bu günkü görüşümüzün məqsədi  seçki qanunu ilə bağlı yaddaşımızı təzələməkdir:

“Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub. Nəşrdə seçkilərə dair bir sıra əsas anlayışların izahı verilib, müşahidə aparılmasının prinsipləri əks olunub, habelə müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib”. 
U.Mirzəyev yanvarın 25-də Tərtər Regional Peşə Təlim Mərkəzində görüşlə bağlı da danışıb:

“İndiyə kimi gördüyümüz işlərlə bağlı müzakirələr apardıq. Qeydiyyata alındığımız vaxtdan həm Bakıda, həm də regionlarda bir sıra addımlar atmış, tədbirlər həyata keçirmişik. Müşahidəçilərimizin əksəriyyəti seçki dairələrində qeydiyyatdan keçib. Ən qısa vaxtda da bütün müşahidəçilərin qeydiyyat prosesi başa çatacaq”.

U.Mirzəyev seçki günü BAMF-ın müşahidəçilik fəaliyyətinin vahid bir mərkəzdən koordinasiya olunacağını deyib:

“Seçki günü müşahidəçilərimiz tərəfindən mütəmadi olaraq obyektiv məlumatlar toplanacaq və yayılacaq. Sonda isə Prezident seçkisi ilə bağlı yekun hesabat hazırlanacaq. Bu yekun hesabat beynəlxalq təşkilatlara da göndəriləcək”- deyə bildirib.

Qeyd edək ki, BAMF-ın müşahidəyə cəlb etdiyi əməkdaşların heç birinin siyasi mənsubiyyəti yoxdur. 

Xatırladaq ki, “Müşahidəçilər üçün yaddaş kitabçası” Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəaları, Seçki Məcəlləsinin tətbiq edilməsi barədə müvafiq fərman, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 may və 25 oktyabr tarixli sərəncamları, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi Təlimat, İzah və Qaydalar əsasında hazırlanmışdır.

Oğuz 

Rusiyada pələng deputatı parçaladı

Xəbər xətti

"Süni intellekt bəzi xəstəlikləri tamamilə sağaltmağa kömək edə bilər"
14:26 15.03.2025
"Paşinyan Rusiya ilə arasında olan buzları əritmək istəyir"
14:15 15.03.2025
Suriyada toqquşmalar zamanı ölənlərin sayı 1500-ə çatıb
14:08 15.03.2025
Mask Marsa insanabənzər robot göndərəcək
13:02 15.03.2025
Qızıl niyə bahalaşır?
12:52 15.03.2025
"Bu gün həm də sivilizasiyalar arasında qlobal birliyin katalizatoru olmalıdır"
12:34 15.03.2025
"Münaqişələrin həlli üçün dünyanın sözə yox, fəaliyyətə ehtiyacı var"
12:19 15.03.2025
"Qadınlar müharibələrin və onların nəticələrinin ən həssas qurbanlarından biridir"
12:17 15.03.2025
"İqlim dəyişikliyinin qadınlara təsiri daha qabarıq formada özünü göstərir"
11:46 15.03.2025
Bərdədə uşaq bağçasında uçqun baş verib
11:39 15.03.2025
BMT süni intellektdən istifadənin riskləri barədə xəbərdarlıq etdi
11:27 15.03.2025
Azərbaycan D-8-ə qoşuldu
11:23 15.03.2025
Şuşa Qoruğu İdarəsinin səlahiyyətləri artırıldı
11:19 15.03.2025
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
11:02 15.03.2025
"Beynəlxalq müqavilələrin əksəriyyətinin yenilənməsinə ehtiyac var"
10:58 15.03.2025
"Süni intellektin ətraf mühitə verdiyi əlavə mənfi təsir nəzərə alınmalıdır"
10:49 15.03.2025
"Gələn il ortaq türk əlifbası məsələsini birdəfəlik həll etməliyik"
10:19 15.03.2025
XII Qlobal Bakı Forumunun üçüncü günü başlayıb
10:01 15.03.2025
Qaxın dağlıq ərazisində yanğın baş verib
09:27 15.03.2025
Goranboyda 9 otaqlı ev yandı
09:25 15.03.2025
Ağdamda vağzal kompleksində tarixi kommunikasiya xəttinin inşası tamamlanıb
09:03 15.03.2025
Serbiyadakı etirazlar böyüyür
08:44 15.03.2025
Anjela Merkel niyə ingiliscə çıxış etmədiyini açıqladı
07:19 15.03.2025
Rusiya təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub
06:08 15.03.2025
Meksikada güclü zəlzələ baş verib
05:56 15.03.2025
"Avropa “sivilizasiya intiharı” riski altındadır"
05:23 15.03.2025
Tramp CNN, MSNBC telekanallarını korrupsiya və qanunsuz fəaliyyətdə ittiham edir
00:21 15.03.2025
BMqT kütləvi ixtisara gedir
00:06 15.03.2025
G7 Çinin nüvə arsenalını artırmasından narahatdır
00:02 15.03.2025
Mətbuat Şurasının yaranmasından 22 il ötür
00:01 15.03.2025
Avropa ABŞ-nin 200% gömrük rüsumları ehtimalına reaksiya verdi
23:41 14.03.2025
İŞİD lideri İraqda zərərsizləşdirilib?
23:10 14.03.2025
"Qondarma rejimdə "bank sistemi" Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu"
21:36 14.03.2025
CAR ABŞ-dəki səfiri ilə bağlı vəziyyətdə diplomatik kanallarla hərəkət etmək niyyətindədir
21:08 14.03.2025
Kosmosdan gələn sirli radio siqnalların səbəbi müəyyən edildi
20:00 14.03.2025
"Şimali Makedoniya Azərbaycanın dəstəyi ilə qaz nəqli üzrə haba çevrilə bilər"
19:02 14.03.2025
"İslamofobiya təkcə müsəlman icmalarını deyil, qlobal sabitliyi də təhdid edir"
18:52 14.03.2025
"Rusiya-Ukrayna müharibəsi dayansa belə, onun yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur"
18:31 14.03.2025
"Tramp dövründə ABŞ ilə münasibətlərimizin yenidən qurulmasına çox nikbin baxırıq"
18:15 14.03.2025
İlham Əliyev “Euronews" televiziyasına müsahibə verdi
17:36 14.03.2025
Hamısı