"Gələn il ortaq türk əlifbası məsələsini birdəfəlik həll etməliyik"

Müsahibələr 10:19 15.03.2025

“EDnews” xəbər verir ki, Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibinin müavini Ömer Kocaman XII Qlobal Bakı Forumu çərçivəsində “Report”a müsahibə verib. Baş katibin müavini TDT-yə üzv olan ölkələr arasında münasibətlər, Zirvə toplantıları, Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi, ortaq türk əlifbası, Suriyada münasibətlər və s. məsələlərə toxunub.

- Ömər bəy, bu il Türk Dövlətləri Təşkilatının rəsmi və qeyri-rəsmi olmaqla Bakıda və Budapeştdə iki Zirvə toplantısı keçiriləcək. Bu görüşlərdə əsas hansı məsələlər müzakirə olunacaq?

- Türk Dövlətləri Təşkilatı (TDT) yarandığı gündən institusionallaşma, genişlənmə nöqteyi-nəzərindən mühüm mərhələlərdən keçib. İndi isə dərinləşən əməkdaşlığı təsis etmək istiqamətində işləri sürətləndirmək üçün üzv ölkələr arasında onları bir-birinə bağlayan anlaşmaların əldə olunmasına çalışırıq. Səmərqənd və Bişkek zirvə görüşləri ilə biz belə bir yola qədəm qoymuşuq. Xüsusilə gömrük, nəqliyyat və iqtisadiyyat sahəsində mühüm sənədlər imzalanıb. Bişkekdə imzalanan e-ticarət sazişi TDT üzvləri üçün böyük əhəmiyyətə malikdir. Çünki rəqəmsallaşan dünyada ticarət onlayn formatda -internet platformaları üzərindən həyata keçirilir. Ona görə də ən əsas problemimiz olan daxili ticarəti inkişaf etdirmək və ticari əlaqələrimizi genişləndirmək üçün belə bir addımın atılmasına ehtiyac duyduq.

TDT çərçivəsində qarşıdakı dövrdə gözləntilərimizin nədən ibarət olduğuna gəldikdə isə xidmət sektorunda sərbəst ticarət anlaşması imzalamaq istəyirik. Bununla bağlı işlərə artıq başlanıb. Rəsmilərimiz arasında məsləhətləşmələr aparılır. Nəqliyyat, rəqəmsallaşma, kosmik sənaye, enerji və kritik xammal istiqamətində işlər həyata keçirilir. Bu ilin may-iyun aylarında Türkiyədə TDT ölkələri energetika nazirlərinin iclasını keçirəcəyik və orada təmiz enerji, kritik xammal kimi önəmli məsələlər müzakirə olunacaq. Çünki bu məsələlər artıq dünya siyasətində mühüm yer tutur və ölkələrarası münasibətlərə təsir edir, üzv ölkələrimizdə isə kritik xammal kifayət qədər çoxdur.

Bizim təchiz edəcəyimiz bu xammal sürətlə inkişaf edən kosmik texnologiyada, kvant dünyasında böyük rol oynayacaq. Bu mənada biz energetika nazirlərinin görüşündə həmin istiqamətdə işçi qruplarının işini sürətləndirmək üçün addımlar atacağıq. Enerji, gömrük və nəqliyyat növbəti dövrdə əsas diqqət göstərəcəyimiz sahələr olacaq.

"TDT ölkələri müdafiə nazirlərinin iclasını keçirməyi planlaşdırırıq"

- Dəyişən dünya nizamı fonunda müdafiə sahəsində əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir. Münaqişələrin bitmədiyi, sadəcə formasını dəyişdiyini nəzərə alaraq gələcəkdə türk dövlətlərinin vahid ordusunun yaradılması məsələsi, yəni TDT-nin öz ordusunun qurulması nəzərdən keçirilə bilərmi?

- Müdafiə sənayesi sahəsində əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Müdafiə sənayesi, müdafiə, hərbi və təhlükəsizlik sahələrində çoxtərəfli əlaqələrimiz getdikcə daha da genişlənir. Biz bu çərçivədə TDT Milli Təhlükəsizlik Şurası sədrlərinin üç iclasını keçirmişik. Dördüncüsü isə cari ilin sentyabr ayında Bişkekdə təşkil olunacaq. Bu il həm də TDT ölkələri müdafiə nazirlərinin iclasını keçirməyi planlaşdırırıq. Müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək üçün Müdafiə Sənayesi Əməkdaşlığı Platforması yaradırıq. Artıq bu istiqamətdə işlərə başlanılıb. Bu il İstanbulda keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) üzv ölkələrimizin əsas müdafiə sənayesi şirkətlərini və təsisatlarını bir araya gətirəcəyik.

- Bildiyiniz kimi, Suriyada Əsəd rejimi devrildikdən sonra Azərbaycan və Türkiyənin bu ölkənin bərpa-quruculuq işlərində fəaliyyəti aktivləşib. Hər iki ölkənin həmçinin Afrika dövlətləri ilə əməkdaşlığı genişlənməkdədir. TDT bu yenilikləri necə dəyərləndirir və Afrika ilə Suriyadakı proseslərdə hansı formatda iştirak edə bilər?

- Hazırda biz Azərbaycanın təşəbbüsü əsasında Afrika İttifaqı ilə işləməyə başlamaq, bu işi sürətləndirmək və bir anlaşma memorandumu imzalamaq istəyirik. Bununla yanaşı, yenə Azərbaycanın təşəbbüsü ilə Körfəz Əməkdaşlıq Şurası ilə işbirliyini genişləndirib müvafiq memorandum imzalamaq niyyətindəyik. Biz Suriyada, o cümlədən dünyanın bir çox nöqtələrində üzv dövlətlərimizlə təhlükəsizlik və xarici siyasət sahəsində tək səs olmağı, eyni mövqedən çıxış etməyi hədəfləyirik.

Bizim 2040-cı il baxışımıza nəzər yetirsək, görərik ki, xarici siyasət və təhlükəsizlik sahəsində vahid mövqenin seçilməsi hədəf olaraq qarşıya qoyulub. Suriyadakı irəliləyişə bu aspektdən yanaşmaq lazımdır. Afrika və Körfəz Əməkdaşlıq Şurası ilə işbirliyimiz də bu çərçivədə qiymətləndirilməlidir.

Qarşıdakı dövrdə biz məsuliyyətli və gənc təşkilat olaraq Afrika İttifaqı, Körfəz Əməkdaşlıq Şurası, ASEAN, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirərək qlobal və regional siyasətdə önəmli aktor kimi öz yerimizi tutmağa və rolumuzu oynamağa başlayacağıq.

 "Qafqazın, eləcə də Mərkəzi Asiyanın bir sülh adası olmasını istəyirik"

- Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə əldə edilən razılaşmaya da münasibət bildirməyinizi istərdik. Ötən gün tərəflər bəyan etdilər ki, sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb. Bu irəliləyişi necə qiymətləndirirsiniz?

- Bu, çox önəmli bir nailiyyətdir. Biz bunu uzun müddətdir, gözləyirdik. Çünki Qafqazın, eləcə də Mərkəzi Asiyanın bir sülh adası olmasını istəyirik. Coğrafiyamıza baxdıqda görünür ki, türk coğrafiyasi sülh, sabitlik və uyğunluq adasıdır. Bəli, burada problem var idi, ancaq Azərbaycan əsgəri böyük qəhrəmanlıq nümayiş etdirərək torpaqlarını işğaldan azad etdi və problemi aradan qaldırdı. Bunun sonrakı mərhələsi isə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Sülh sazişinin imzalanması bölgənin sabitliyi və üzv ölkələr arasında, həmçinin onlarla Ermənistan arasında əlaqələrin inkişafı deməkdir. Bu isə ən çox Ermənistana fayda verər.

Azərbaycanın güclü xarici siyasətini və təşəbbüslərini yaxından izləyirik. Prezident İlham Əliyev Qafqazda sülh üçün çox mühüm təşəbbüslər irəli sürüb və bu gün belə bir nöqtəyə çatmaq Azərbaycan liderinin necə uzaqgörən bir siyasətçi olduğunu göstərir ki, bundan da çox şadıq.

- Bu fonda Zəngəzur dəhlizi ilə bağlı da fikirlərinizi öyrənmək istərdik. Bu dəhlizin açılması türk dünyasına nə vəd edir?

- Biz Zəngəzur dəhlizinə böyük önəm veririk və onun açılmasını dəstəkləyirik. Bu, Türkiyə ilə TDT-yə üzv ölkələr arasındakı birbaşa əlaqə baxımından çox önəmlidir. Ona görə də son hadisələri - Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını yaxından izləyirik. Zəngəzur dəhlizi məsələsinə həll yolunun tapılacağına ümid edirik. Onun açılması türk dünyasında, xüsusilə, nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verər. Üzv ölkələrimiz bunun fərqindədirlər və dəhlizin açılmasını arzulayırlar.

Çinlə Avropa arasında ən qısa ticarət yolu Orta Dəhliz vasitəsilə, yəni TDT-yə üzv ölkələrin yerləşdiyi coğrafiyadan keçməklə mümkündür

- Türk dövlətlərinin iqtisadi əlaqələrinin genişləndirilməsində mühüm əhəmiyyət kəsb edən digər dəhliz isə Orta Dəhlizdir...

- Bəli, Orta Dəhliz bizim üçün böyük əhəmiyyətə malikdir. Çin bu gün qlobal gücdür və böyük istehsal potensialı var. Çin ilə Avropa və dünya arasındakı ticarət əlaqələri mütəmadi olaraq genişlənir. Bu gün yükdaşımalar müxtəlif dəhlizlər vasitəsilə həyata keçirilir. Bildiyiniz kimi, Şimal dəhlizi Rusiya-Ukrayna müharibəsi səbəbindən işləkliyini itirib. Həmçinin dəniz daşımalarında da problemlər var və ümumiyyətlə, dəniz nəqliyyatı daha çox vaxt tələb edir. Hazırda isə vaxt çox önəmli məsələdir. Xəritəyə baxdıqda görürük ki, Çinlə Avropa arasında ən qısa ticarət yolu Orta Dəhliz vasitəsilə, yəni bizim üzv ölkələrimizin yerləşdiyi coğrafiyadan keçməklə mümkündür. Üzv ölkələrimiz son illərdə bununla bağlı əsaslı infrastruktur investisiyaları qoyub, limanlar açıblar və indinin özündə belə Orta Dəhlizlə ticarətin inkişafı üçün işlər həyata keçirilir.

Azərbaycan artıq ikinci limanı işlək hala gətirib. Bundan əvvəl Qazaxıstan ikinci limanı istifadəyə vermişdi. Bunların hamısı yükdaşımaların TDT-yə üzv ölkələrin ərazisindən keçməsi üçün edilir. Çünki bu, iqtisadi qazancdır, dünya ticarətində və bölgə siyasətində söz sahibi olmaqdır. Ona görə də böyük əhəmiyyət kəsb edir.

 "Gələn il ortaq türk əlifbası məsələsini birdəfəlik həll etməliyik"

- Türk dünyasında əsas müzakirə olunan və diqqət mərkəzində saxlanılan məsələlərdən biri də ortaq türk dili və ortaq türk əlifbası məsələsidir. Ötən il TDT tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası ilə bağlı razılığa gəldi. Onun tətbiqinə dair işlər hansı mərhələdədir?

- Ortaq dil və əlifba həmişə müzakirə mövzusu olub. Bu istiqamətdə müxtəlif işlər də həyata keçirilib. Hazırda bununla bağlı çox mühüm irəliləyiş var. Türk dövlətləri tarixində ilk dəfə 34 hərfdən ibarət əlifba qəbul olunub. 1926-cı ildə Bakıda bir qurultay olmuşdu (Birincu Türkoloji Qurultay - red.) və bu tədbirdə ortaq əlifba qəbul edilmişdi. İndi 2026-cı ilə doğru gedirik, yəni qurultayın 100-cü ilinə. Hesab edirəm ki, 100-cü ildə ortaq əlifba məsələsini birdəfəlik həll etməliyik. 100-cü ildə TDT-yə sədrlik Azərbaycana keçəcək və biz 2026-cı ildə 100 il əvvəl olduğu kimi Bakıda böyük bir konqres keçirəcəyik. Orada ortaq əlifbanı dünyaya təkrar elan etmək istəyirik.

- Bu gün Türk Dövlətləri Təşkilatına üzv olan bəzi ölkələr arasında qarşılıqlı səfərlər, sadəcə, şəxsiyyət vəsiqələri ilə mümkündür. Ancaq bu, bütün ölkələri əhatə etmir. Gələcəkdə belə bir prosesin bütün ölkələrə şamil edilməsi gözlənilirmi?

-Bu istiqamətdə müzakirələr aparılır. TDT ölkələrinin vətəndaşları bir-birlərini rahat şəkildə, viza tələbi olmadan ziyarət edə bilirlər. Üzv ölkələrimiz arasında Qazaxıstan-Özbəkistan, Qazaxıstan-Qırğızıstan, Özbəkistan-Qırğızıstan və Türkiyə-Azərbaycan arasında yalnız şəxsiyyət vəsiqələri ilə səfərlər həyata keçirmək mümkündür. Bunun daha da genişlənəcəyini gözləyirik. Qarşıdakı dövrdə ortaq viza məsələsi gündəmə gələrsə, bu məsələ də müzakirə edilə və lazımi addımlar atıla bilər.

“Euronews” telekanalı Azərbaycandakı mina problemindən danışdı

Xəbər xətti

Azərbaycanın Geosiyasi Imperativləri: Regiondakı Strateji Gücün Yeni Tərifi I Hissə: Azərbaycanın Geosiyasi Hədəflərinin Mərkəzi
15:40 16.04.2025
Rubl kəskin BAHALAŞDI
13:09 16.04.2025
Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimdə fəaliyyətini davam etdirir
13:05 16.04.2025
Baham adaları "SpaceX" raketlərinin ərazisinə enişini qadağan etdi
13:05 16.04.2025
Venesuela səfiri “ASAN xidmət”də olub
12:57 16.04.2025
Paytaxt yollarında zərər görən işiqfor müşahidə kameraları vasitəsilə izlənilir
12:53 16.04.2025
Güclü yağışın fəsadları: 31 nəfər təxliyə olunub
12:47 16.04.2025
ABŞ Yaponiyanın hərbi bazasına bombardmançı təyyarələr göndərib
12:15 16.04.2025
"Peşəkar jurnalistikanın möhkəmləndirilməsi istiqamətində dövlət mühüm səylər göstərir"
11:45 16.04.2025
Yeni sosial media platforması qurulur
11:39 16.04.2025
Taksilərin qiyməti 60 manatadək artdı
11:36 16.04.2025
Əfqanıstanın şimalında güclü zəlzələ baş verib
11:25 16.04.2025
Azərbaycan mobil internetin sürəti üzrə beynəlxalq reytinqdə irəliləyib
11:23 16.04.2025
Azərbaycanda bütün limanlar bağlanıb
11:22 16.04.2025
Güclü külək Bakıda 55 ağacı sındırıb
11:20 16.04.2025
Azərbaycan və Türkiyə: Güclü Müdafiə Əməkdaşlığı Yolu
11:17 16.04.2025
Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn platformasının sınaq müddəti aprelin 30-dək aktiv olacaq
11:17 16.04.2025
Türkiyə ticarət nazirinin müavini Ağdam Sənaye Parkında olub
11:15 16.04.2025
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib
11:12 16.04.2025
Çinin Azərbaycana Yeni Təyin Olunmuş Səfiri Lu Mey Vəzifəsinin İcrasına Başladı
11:11 16.04.2025
İçərişəhərdə xəttatlıq sənətinə həsr olunmuş sərgi açılıb
11:09 16.04.2025
Kavelaşvili və Əsədov arasında strateji tərəfdaşlıq müzakirəsi baş tutub
11:06 16.04.2025
Mirzoyan və Barro Telefon Danışığı Aparıb
11:02 16.04.2025
Fransa Assimilyasiya Siyasətinə Qarşı Mübarizə Davam Edir: Qvadelupa Səsini Dünyaya Çatdırır
10:57 16.04.2025
BƏƏ ən yaxşı səhiyyə sisteminə malik ilk 20 ölkə sırasına daxil edilib
10:56 16.04.2025
Misirli ekoloqlar turizm bumunun Qırmızı dənizə təhlükə yaratdığını iddia edirlər
10:22 16.04.2025
Gürcüstan Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
10:12 16.04.2025
Dünya Nizamı Necə Dəyişir? I Hissə: Dünyanın Dəyişən Üzləri
17:23 15.04.2025
Umud Mirzəyev ADPU-də müəllim-tələbə heyəti ilə görüş keçirib
16:13 15.04.2025
Səhiyyə və tibb elmi sahəsində Azərbaycan Kuba əməkdaşlığı müzakirə olunub
13:14 15.04.2025
" Türk dövlətlərinin gələcəyi üçün güclü hüquqi əməkdaşlıq vacibdir"
13:06 15.04.2025
"Qarabağ zəfəri türk dünyası üçün qürurdur"
13:02 15.04.2025
Rusiyada mədən uçdu: Dağıntılar altında qalanlar var
12:59 15.04.2025
Şimali Kipr nümayəndəsi türk dövlətlərinə müraciət edib
12:55 15.04.2025
Azərbaycan Şahmat Federasiyası rəsmisinin adı ikinci dəfə Ginnesin Rekordlar Kitabına düşə bilər
12:51 15.04.2025
Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
12:47 15.04.2025
Gəncədə güclü yağış fəsadlara səbəb olub
12:44 15.04.2025
TÜRKPA'nın Təhlükəsizlik Sahəsindəki Əməkdaşlığı- Qırğızıstanın BMT Təhlükəsizlik Şurasına Namizədliyi Bizə Nə Deyir?
12:41 15.04.2025
Sabah Bakıda aramsız leysan yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək
12:34 15.04.2025
Kim daha çox Ukraynaya yardım edib: Avropa İttifaqı, yoxsa ABŞ?
12:33 15.04.2025
Hamısı