Beynəlxalq müqavilələrin böyük əksəriyyətinin yenilənməsinə ehtiyac var.
“EDnews” xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş Katibi, Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov XII Qlobal Bakı Forumunda danışıb.
O qeyd edib ki, qlobal güclər hesabatlılıq hissi duymurlar:
“Ona görə də insanların onlara inamı azalır. Qlobal idarəçilik şirkətlərin direktorlarının yanaşmasından ibarət olmamalıdır. Böyük texnoloji şirkətləri qlobal idarəçiliyə cəlb olunmalı və məsuliyyətli şəkildə vəzifələrini icra etməlidirlər.
Bununla yanaşı, beynəlxalq müqavilələr təkmilləşdirilməli və ya yenilənməlidir. Ətraf mühit və sosial idarəçilik meyarları qlobal idarəçilik sisteminə daxil edilməlidir. Texnoloji inkişafa qarşı çıxmaqdansa, həmin şirkətləri məsuliyyətli etməyi bacarmalıyıq”.