Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Ednews “Moderator” -a istinadən xəbər verir ki, yağışlı hava şəraitində manevr edən “Mercedes-Benz” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə ötmə əməliyyatı edən avtomobil sağ tərəfdə hərəkətdə olan çoxtonnajlı yük maşınına (TIR) çırpılıb.
Xoşbəxtlikdən hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.