Budapeştdə Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumu keçirilib

Cəmiyyət 19:09 02.02.2024

Budapeştdə Azərbaycan Evinin təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumu keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Ednews-a bildirilib ki, “Post-münaqişə dövründə Azərbaycan diaspor gənclərinin fəaliyyəti: perspektivlər və çağırışlar” mövzusunda keçirilən Forumda Macarıstan daxil olmaqla, 40-a yaxın ölkədən 120 azərbaycanlı gənc iştirak edib.

Tədbirə xaricdə fəaliyyət göstərən tələbə və gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların azərbaycanlı nümayəndələri, beynəlxalq müsabiqə laureatları, gənc sahibkarlar, həmçinin Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Diasporla İş üzrə Dovlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, eləcə də Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev də qatılıblar.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq və gənclərlə iş üzrə şöbəsinin müdiri Xıdır Kazımovun moderatorluğu ilə aparılan tədbirdə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Forum iştirakçılarını təbrik edən səfir Tahir Tağızadə gənclərimizin Azərbaycanın öz müstəqilliyini bərqərar etməsində, Qarabağın işğaldan azad edilməsində böyük rolunu xatırladıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə Azərbaycan diasporunun sistemli və mütəşəkkil formaya keçidinin əsası qoyulub.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev forumların gənclərin fəallığına müsbət təsirindən, xarici ölkələrdə Azərbaycan gəncliyinin mükəmməl obrazının yaradılmasının önəmindən danışıb.

Sonra ölkəmizin gənclər siyasətini əks etdirən video-çarx nümayiş etdirilib.

Tədbir diaspor gənclərinin çıxışları ilə davam edib.

Açılış mərasimindən sonra Forum panellər üzrə işini davam etdirib. Panellərdə gənclərin vətənpərvərliyi, ictimai həyatda iştirakı, beynəlxalq əməkdaşlığı, təhsil və elmin inkişafında yeri və rolu istiqamətlərində müzakirələr aparılıb, həmçinin son illər ərzində diaspor sahəsində gorülən işlər barədə hesabat verilib, qarşıda duran vəzifələr və Azərbaycan gəncliyinin beynəlxalq aləmdə uğurları müzakirə olunub.

Tədbirin sonunda Forum iştirakçılarının bəyanatı qəbul olunub. Bəyanatda diaspor gəncləri 2024-cü ilin 7 fevral tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində fəal iştirak edəcəklərini, Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər: “Biz qalib dövlətin qalib gəncləri olaraq ölkəmizin gələcəyinin dünya miqyasında sayılan və hörmət edilən güclü liderlə bağlı olduğunu anlayır və ölkəmizi növbəti parlaq zəfərlərə doğru aparan yolda Qalib Xalqın Qalib Lideri ilə hər zaman olduğu kimi, yanaşı addımlamağa hazır olduğumuzu bəyan edirik”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı