Hazırda Gəncə şəhərində növbədənkənar prezident seçkilərində aktivlik müşahidə olunur.
Bu barədə Ednews-a BAMF-ın müşahidəçi komandasından məlumat verilib.
Ölkənin digər şəhər və rayonlarında olduğu kimi, Gəncə şəhərində də Azərbaycan Respublikasının növbədənkənar prezident seçkisi start götürüb. Seçkiyə start verilən ilk dəqiqələrdən etibarən Gəncə sakinləri aktivlik nümayiş etdirirlər.
Bütün məntəqələrdə, məntəqə üzvlərinə, seçicilərə və müşahidəçilərə lazımi şərait yaradılıb.
Qeyd edək ki, BAMF 21 fərqli şəhər (rayon) olmaqla 31 dairədə öz müşahidəçilik missiyasını yerinə yetirir. Burada paytaxt Bakı ilə yanaşı Xankəndi, Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Tərtər, Bərdə, Goranboy, Naftalan, Gəncə, Samux, Beyləqan, Kürdəmir, Hacıqabul, Xırdalan və Sumqayıt kimi böyük şəhərlərimiz də vardır.
Oğuz