Beynəlxalq Avrasiya Mətbuat Fondunun müşahidəçi komandası Füzuli şəhərinin 84 saylı Seçki Dairəsinin 75 saylı və 76 saylı məntəqəsində müşahidə fəaliyyətinə davam etdirir.
Bu barədə Ednews-a BAMF-ın müşahidəçi komandasından məlumat verilib.
BAMF prezidenti Umud Mirzəyev açıqlamasında bildirdi ki, seçkilərdə Qeyri-Hökumət Təşkilatlarının, Vətəndaş cəmiyyətinin nümayəndələrinin müşahidəçi qismində aktivliyi çox yüksək səviyyədədir:
“Seçki prosesi davam edir. Komandamız tam heyətlə seçki müşahidəsini həyata keçirir. Bununla bağlı informasiyalar, məlumatlar verilir. Tam nəticələr haqda, ümumi seçki ilə bağlı qiymət vermək hələ tezdir. Müşahidə etdiyimiz məntəqələrdə, seçki prosesində tez-tez QHT-lərdən olan müşahidəçilərlə, koalisiyalarla - “Mənim səsim” Seçki Monitorinq Koalisiyası, “Sivil Toplum” Monitorinq Koalisiyası və Seçki Müşahidə və Təhlil Qrupu Koalisiyasının nümayəndələri ilə ünsiyyətdə olur, seçki prosesi ilə bağlı müzakirələr edirik”.
Füzuli şəhərinin 84 saylı Seçki Dairəsinin 76 saylı məntəqəsində çox yüksək səviyyədə seçici aktivliyi müşahidə edilir.
Füzuli şəhərində yaradılmış seçki məntəqəsinin açılması ilə yüksək seçici fəallığı müşahidə olunur. Müşahidəçilər seçki prosesini izləyir. Seçkilərdə əhalinin səs verməsi aktiv şəkildə davam edir.
Bütün məntəqələrdə, məntəqə üzvlərinə, seçicilərə və müşahidəçilərə lazımi şərait yaradılıb.
Qeyd edək ki, BAMF müşahidəçilik komandasından Umud Mirzəyev, Rey Kərimoğlu, Fuad Abbasov əsasən işğaldan azad edilən ərazilərdə müşahidəçilik missiyalarını həyata keçirirlər.
BAMF 21 fərqli şəhər (rayon) olmaqla 31 dairədə öz müşahidəçilik missiyasını yerinə yetirir. Burada paytaxt Bakı ilə yanaşı Xankəndi, Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Tərtər, Bərdə, Goranboy, Naftalan, Gəncə, Samux, Beyləqan, Kürdəmir, Hacıqabul, Xırdalan və Sumqayıt kimi böyük şəhərlərimiz də vardır.
Oğuz