Cəlilabad rayonunda son on gün ərzində 83 nəfər qızılca virusuna yoluxub.
Ednews-un məlumatına görə, noyabr ayından bugünədək yoluxma sayı 576 nəfər təşkil edir.
Yoluxanlardan 18 yaşdan kiçiklər 379 nəfər, 18 yaşdan böyüklər isə 197 nəfərdir.
Hazırda aktiv xəstə sayı 83 nəfərdir. Xəstələrdən 1-i stasionar şəraitdə müalicə olunur.
Qeyd edək ki, ötən gün 8 nəfər bu virusa yoluxub.