Yenidən salınacaq Zəngilanın Alıbəyli kəndində öz ata-baba yurdlarına geri qayıdacaq keçmiş məcburi köçkünlər üçün dayanıqlı şərait və məskunlaşma imkanları yaradılacaq.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti yayıb.
Artıq bu istiqamətdə işlərə başlanılıb.
Alıbəyli kəndinin konseptual layihəsinin bir hissəsini təqdim edirik.