Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb

Cəmiyyət 22:45 21.02.2024

Prezident İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.

Ednews xəbər verir ki, cari ilin fevral ayının 21-də yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 60 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında davam edəcək icbari təlimə başlanılıb.

Təlimin ilk günündə keçirilən tədbirdə Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov açılış nitqi ilə çıxış edərək vəkilliyə namizədlərə uğurlar arzulayıb, təlimlərin əsas məqsədi, mahiyyətindən danışıb, vəkillərin praktiki və nəzəri biliklərə yiyələnməsinin vacibliyini dilə gətirib. O, VK-nın müstəqil təsisat olduğunu, son illər vəkillərin sayının 3 dəfədən çox artdığını, Kollegiyanın ədalət mühakiməsi ilə bağlı olan qurumlarla çox sıx əməkdaşlıq etdiyini, bu əməkdaşlığın dərin köklərə söykəndiyini bildirib. İki həftə davam edəcək təlimin proqramının fərqli olduğunu söyləyən prorektor nəzərə çatdırıb ki, praktiki təcrübəyə daha çox üstünlük veriləcək, eyni zamanda, bura təlimçi vəkil və hüquqşünaslar cəlb olunacaq.

Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin sədri Anar Bağırov çıxışında vəkilliyə namizədlərə uğurlar diləyib, təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcəyini deyib.

Diqqətə çatdırılıb ki, vəkilliyə qəbulla bağlı test imtahanları yerli və beynəlxalq müşahidəçilərin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə VK və Dövlət İmtahan Mərkəzi ilə birgə tam şəffaf şəraitində keçirilir. Həmçinin, ixtisas imtahanının şifahi müsahibə mərhələləri zamanı videoyazıdan istifadə edilir. Hamıya eyni suallar verilir, ayrı-seçkilik olmur.

İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacağını bildirən sədr icbari təlimdə ARVK-dan 51, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından (NMRVK) isə 9 vəkilliyə namizədin iştirak etdiyini, habelə onlardan 84 faizinin 40 yaşadək olduğunu söyləyib. Sədr ilk dəfə olaraq təlimə NMRVK-nın vəkilliyə namizədlərinin qatıldığını, həmin şəxslərin bəzilərinin onlayn qaydada iştirak etdiyini xüsusi vurğulayıb.

Həmçinin, A.Bağırov vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə danışıb, son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması istiqamətində görülən işlər, o cümlədən onların yenilənməsi, cavanlanması, müasirləşməsi, təkmilləşməsi barədə diqqətə çatdırıb. Sədr son illər tədris prosesində dəyişikliklərin edildiyini, bu istiqamətdə müəyyən islahatların aparıldığını, bütün işlərin Ədliyyə Akademiyası ilə birgə həyata keçirildiyini, əvvəlki illərdən fərqli olaraq, daha təkmil, səmərəli və effektli proqramın mövcud olduğunu söyləyib.

Tədbirdə A.Bağırov Kollegiyanın son illər bir çox beynəlxalq təşkilatlara üzv olmağından, o cümlədən yerli dövlət qurumları ilə işgüzar əməkdaşlıqlardan danışaraq, vəkillikdən irəli gələn təşəbbüsün dövlət tərəfindən tam dəstəkləndiyini vurğulayıb.

Sədr diqqətə çatdırıb ki, dövlət hesabına hüquqi yardımın artırılması məsələsi reallaşmaq üzrədir. Bununla bağlı artıq müvafiq sənədlərin layihəsi hazırlanıb. Ümid edirəm ki, məsələ qısa zamanda öz həllini tapacaq. Həmçinin, bildirmək istərdim ki, bu il dövlət büdcəsindən dövlət hesabına hüquqi yardımla bağlı ilk dəfə olaraq 5 milyon 500 min manat pul ayrılıb.

A.Bağırov xatırladıb ki, vəkillər öz peşə borcunu layiqincə yerinə yetirməli, qanunlarla və həmçinin etik davranış kodeksi ilə üzərilərinə qoyulan vəzifələri icra etməli, vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməlidirlər. Nəzərinizə çatdırmaq istərdim ki, bəzi formal vəkillik, qeyri-prosessual hallar vəkilliyin nüfuzunu aşağı salır. Qeyri-qanuni hərəkətlərə və qeyri-prosessual münasibətlərə yol verməməlidirlər. Xüsusi ilə vurğulayıram ki, VK bununla bağlı hər zaman barışmaz mövqe nümayiş etdirəcək.

Sədr vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə nəzərə çatdırıb. Bu Sərəncamın ilk dəfə olaraq vəkillik sahəsində aparılacaq islahatların konturlarını, istiqamətlərini müəyyən etdiyini, müasir Azərbaycan vəkilliyinin inkişafının faktorlarından biri olduğunu dilə gətirilib.

Daha sonra ARVK-nın sədri Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilib.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı