Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.
Ednews xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
"Bəşəriyyətə qarşı cinayətin törədildiyi və eynilə bu gün olduğu kimi dünyanın izləyici kimi qaldığı Xocalı soyqırımının 32-ci ildönümü... Unutmadıq, unutmayacağıq. Şəhid qardaşlarımızı və bacılarımızı rəhmətlə yad edirəm", - deyə o, paylaşımında vurğulayıb.