Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurlar yekunlaşıb.
Ednews xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Stadiondakı işlər tamamlandığından Misli Premyer Liqasında 25-ci turun “Sumqayıt” – “Kəpəz” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi 16:00-da yox, 19:00-da başlayacaq.
Qeyd edək ki, görüş martın 1-də keçiriləcək.