Bu gün ölkə ərazisində arabir duman müşahidə ediləcək.
Ednews xəbər verir ki, Bakıda və Abşeronda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti təşkil edəcək.
Respublikanın bölgələrində gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta proqnozlaşdırılır.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.