Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev fevralın 25-də saat 19:00 radələrində İstanbuldan Bakıya qayıdıb.
Ednews oxu.az-a istinadən xəbər verir ki, onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Xatırladaq ki, İstanbulda olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib. Dərhal xəstəxanaya yerləşdirilən bəstəkar əməliyyat olunub.
Beyninə qan sızdığı deyilən bəstəkarın ilk günlərdə vəziyyəti ağır olub.
Onun müalicəsinə Heydər Əliyev Fondu dəstək verib.