Abşeronda su kanalında aşkarlanan meyitin kimliyi məlum olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Ednews-a bildirilib ki, martın 6-da saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci Cəfərov Akif Əbülfəz oğlunun meyiti aşkar olunub.
Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməyib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
***
Abşeronda naməlum kişi meyiti aşkarlanıb.
Bu barədə Ednews-a FHN-dən bildirilib.
Rayonun Saray qəsəbəsində bataqlıq ərazidə suyun üzündə aşkarlanan meyit FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.