"Bakıda avtobus zolaqları ilə bağlı iş gedir. Bizim 160 avtobus zolağımız olmalıdır. Ancaq bu say hazırda 60-dır".
Ednews xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
"İndiki şəraitdə bizdə ciddi avtobus çatışmazlığı var. İndi əsas məqsədimiz mövcud avtobuslardan istifadə etmək və onların tıxacda qalmamasıdır”, deyə o, qeyd edib.