Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması QAYDASI

Cəmiyyət 16:20 13.03.2024

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması Qaydası təsdiqlənib. 

Ednews  xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. 

Tam orta təhsil və ya orta ixtisas təhsili əsasında ali təhsilin bakalavriat səviyyəsinə əyani təhsilalma formasında qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanılır. Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilədə bu şəxslərin daxili işlər orqanlarına xidmətə könüllü daxil olması, təhsili başa vurduqdan sonra 7 (yeddi) il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin Akademiyada onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi nəzərdə tutulur. 

Akademiyada bakalavrların hazırlanmasına çəkilmiş əvəzi ödənilməli olan xərclər birbaşa və dolayı xərclər olmaqla aşağıdakılardan ibarətdir: 

- birbaşa xərclər: 

-rütbə maaşının məbləği; 

- rütbə maaşı üzrə Akademiya tərəfindən aidiyyəti üzrə ödənilən məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və digər icbari ödənişlərin məbləği; 

- tələbə təqaüdlərinin məbləği; 

- ərzaq təminatı xərcləri; 

- xüsusi geyim forması xərcləri; 

- yataq və yumşaq inventar xərcləri; 

- dolayı xərclər: 

- bir kursant üzrə müəllimlərin əməyin ödənişi xərcləri və digər müavinətlər; 

- digər dolayı xərclər (dəftərxana və təsərrüfat, mətbəə, kommunal, telekommunikasiya və poçt rabitəsi, istehlakyönümlü müxtəlif xidmətlərin, maşın və avadanlıqların alınması xərcləri). 

Akademiyada bakalavrların hazırlanmasına çəkilmiş əvəzi ödənilməli olan xərc hər tədris ili bakalavrın hazırlanmasına çəkilmiş xərclərin məcmusunu təşkil edir: 

ƏÖX = ÇX1 + ÇX2 + ÇX3 + ÇX4 

burada: 

ƏÖX – əvəzi ödənilməli xərc; 

ÇX – çəkilmiş xərc (tədris illəri üzrə). 

Akademiyada bakalavrların hazırlanmasına çəkilmiş xərclər bu Qayda ilə müəyyən edilmiş xərc istiqamətləri üzrə hər ilin sentyabr ayında ötən tədris ili üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş xərc kalkulyasiyası əsasında müəyyən edilir.
Akademiyada bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması bilavasitə həmin şəxsin təhsil aldığı illər üzrə bu Qaydaya əsasən təsdiq edilmiş xərc kalkulyasiyası əsasında aşağıdakı düstur üzrə aparılır: 

ÇX = RMX + İÖX + TTX + (ƏTX+XGFX+YYİX)/BKS + (MƏÖXDM+DDX)/TAS x Ə 

burada: 

ÇX – çəkilmiş xərc; 

RMX – rütbə maaşı xərci; 

İÖX – rütbə maaşı üzrə Akademiya tərəfindən aidiyyəti üzrə ödənilən məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və digər icbari ödənişlərin məbləği; 

TTX – tələbə təqaüdlərinin məbləği; ƏTX – ərzaq təminatı xərci; 

XGFX – xüsusi geyim forması xərci; YYİX – yataq və yumşaq inventar xərcləri; 

MƏÖXDM – müəllimlərin əməyin ödənişi xərcləri və digər müavinətlər; 

DDX – digər dolayı xərclər; 

BKS – bakalavr təhsili alan kursantların sayı; TAS – təhsil alanların cəmi sayı; 

Ə – əmsal. Ə = bakalavr təhsili üzrə müəllimlərin akademik saatlarının miqdarı / müəllimlərin akademik saatlarının cəmi miqdarı. 

Ötən tədris ili üzrə xərclərin hesablanmasında tədris ilinə düşən aylar üzrə müvafiq illərin büdcə göstəriciləri və faktiki xərclər əsas götürülür. 

Əsasnamədə göstərilən şəxs təhsilini başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəmədiyi halda, yaxud təhsili başa vurduqdan sonra 7 (yeddi) il müddətində öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxdıqda həmin şəxsə xidmətin sonuncu günü 30 (otuz) gün müddətində onun hazırlanmasına çəkilmiş xərclərin ödənilməsi öhdəliyi barədə yazılı bildiriş təqdim olunur. 

Yazılı bildirişdə tutulmalı olan xərclərin tərkibi və məbləği, habelə bu məbləğin ödənilməsi üçün xəzinə (bank) hesabının nömrəsi göstərilməlidir. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Hamısı