BŞİH-də elmi-praktiki konfrans keçirilib

Cəmiyyət 09:30 02.04.2024

Bakı Şəhər İcra Hakimiyyətində ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, tarixçi alimlərin, siyasətçilərin, iqtisadçıların, jurnalistlərin, din xadimlərinin, Milli Məclisin deputatlarının və Vətən müharıbəsi iştirakçılarının iştirakı ilə elmi-praktiki konfrans keçirilib.

Ednews  xəbər verir ki, konfrans Bakı Şəhər İcra Hakimiyyəti və  AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə hazırladığı “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının davamı olan 2-ci kitabın çapına hazırlıq işlərinə həsr edilib.

Tədbiri açıq elan edən BŞİH başçısı Eldar Əzizov bildirib ki, yeni kitabda Vətən müharibəsindən sonrakı müddət ərzində ölkəmizdə baş verən əhəmiyyətli hadisələrin obyektiv və elmi izahı dahi şəxsiyyət və sərkərdə İlham Əliyev faktoru nöqteyi nəzərindən öz əksini tapacaq.

Qeyd edilib ki, birinci kitab ölkəmizdə və eyni zamanda ölkə xaricində oxucu və ekspertlərin böyük marağına səbəb olduğundan 8 dildə - Azərbaycan, türk, ingilis, rus, ərəb, fars, çin və urdu dillərində nəşr edilib. Hazırda kitabın ispan və fransız dillərində tərcüməsi və çapı üzərində işlər davam edir.

Bildirilib ki, Vətən müharibəsindən keçən qısa dövr ərzində ölkədə bir sıra mühüm hadisələr, o cümlədən 2023-cü ilin sentyabr ayındakı lokal antiterror əməliyyatı və ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsi, Xankəndi şəhərində keçirilən hərbi parad və digər mühüm əhəmiyyət kəsb edən prosseslər baş verib. Bu da yeni kitabın nəşr edilməsi  zərurətini yaradıb.

Kitaba daxil ediləcək mövzuların təhlili və geniş fikir mübadiləsi ilə keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA Tarix İnstitutunun direktoru, professor Kərim Şükürov, Milli Məclisin deputatları Musa Quliyev, Musa Qasımlı, Hikmət Babaoğlu, Dövlət İdarəçilik Akademiyasının dekanı Elçin Əhmədov və digərləri çıxış edərək çap ediləcək kitabın əhəmiyyətini qeyd edib, Vətən savaşında qazanılan şanlı qələbə və sonrakı dövrə aid hadisələrin geniş təbliğinin vacibliyini vurğulayıblar.

Kitabın bu ilin sonuna kimi işıq üzü görəcəyi nəzərdə tutulub.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Mark Zukerberq Ağ Evdən qovulub
06:38 06.07.2025
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
06:05 06.07.2025
İsrail HƏMAS-ın şərtlərini qəbuledilməz sayır
05:33 06.07.2025
"Tramp ABŞ-nin təhlükəsizliyini təhdid edir"
05:00 06.07.2025
Çin Putini müharibəni dayandırmağa razı sala bilərmi?
04:27 06.07.2025
Livan İsraillə sərhəddəki qoşunlarını artırır
03:54 06.07.2025
İsrailin Müdafiə Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib
03:22 06.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 50-yə çatıb
02:50 06.07.2025
İlon Mask siyasi partiya yaradır
02:18 06.07.2025
Makron hökuməti defoltla üzləşə bilər
01:46 06.07.2025
Qızıl bahalaşır?
01:13 06.07.2025
İndoneziyada zəlzələ baş verib
00:43 06.07.2025
Kürdəmirdə qatar 44 yaşlı kişini vurub
00:12 06.07.2025
Rusiya Gümrüdəki Hərbi Bazasını Gücləndirir
00:08 06.07.2025
Alimlər süni insan hüceyrələri yaradırlar
23:48 05.07.2025
Hamısı