Tərtər ərazisində daha üç nəfər minaya düşüb.
Bu barədə Ednews-a etibarlı mənbədən məlumat verilib. Hadisə Tərtər Suqovuşan istiqamətində Gendərə ərazisi deyilən yerdə baş verib.
Sözügedən şəxslər Bəyimsarov kəndindən İsmayılov Polad Alış oğlu, Kəbirli kəndindən Tağızadə Arzuman Əhliman oğlu, Sarov kənd sakini Bağırov Elmir Elnur oğludur.
Hazırda faktla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirilir.
Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, azad olunan ərazilərdə mart ayı ərzində 114 tank əleyhinə mina, 299 piyada əleyhinə mina, 1 254 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 6 094,6 hektar ərazi minalardan təmizlənib.
Oğuz