Donetsk vilayəti uğrunda gedən döyüşlərdə daha bir həmyerlimiz Faiq Əsgərov dünyasını dəyişib.
Ednews oxu.az-a istinadən xəbər verir ki, bunu Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu bildirib.
Onun sözlərinə görə, vəfat edən şəxs Şəmkir rayonunun Qapanlı kəndindən olub.
Qeyd edək ki, martın 29-da azərbaycanlı jurnalist İdrak Camalbəyli uzun müddətdir yaşadığı Ukraynanın paytaxtı Kiyev şəhərində ürəktutmasından vəfat etmişdi. Onun nəşi Bakıya gətirilərək Masazır kənd qəbiristanlığında torpağa tapşırılıb.