Cəbrayılda 23 ədəd qumbara aşkar edilib
Ednews-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları Daş Veysəlli kəndi ərazisində xidmətdə olan zaman ümumilikdə, 23 ədəd “F-1” və “RQD-5” markalı əl qumbarası taparaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.