Xəbər verdiyimiz kimi, aprelin 18-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və səfirliyin nümayəndələri Ağdamın işğaldan azad edilmiş ərazilərində səfərdə olub, rayonda fəaliyyət göstərən minaaxtaranları ziyarət ediblər.
Ednews xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev qonaqları qarşılayıb.
Fond rəhbəri səfirlik nümayəndələrinə bunları deyib:
"BAMF olaraq 13 min hektardan çox ərazini minadan təmizləmişik. Çalışan insanların böyük əksəriyyəti müharibədən zərər çəkmiş, evlərini yurdunu itirmiş insanlardır. Hal-hazırda yeni tədris binası tikirik. Minaaxtaran qadınlar orada çalışır"
Ətraflı video süjetdən izləyə bilərsiniz: