Hərbi qulluqçumuzun mina partlayışı nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluqdan Ednews-a verilən məlumata görə, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb.