"İran helikopterinin qəzaya uğramasına səbəb pis hava şəraiti olub".
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Belarusdakı səfiri Əlireza Sanei jurnalistlərə açıqlamasında deyib.
"Helikopter pis hava şəraiti səbəbindən çətin eniş edib" – deyə Sanei bildirib.
Onun sözlərinə görə, xilasedicilər təyyarə qəzasından sonra həlak olanların hamısının cəsədlərini müəyyən ediblər.
Qeyd edək ki, mayın 20-də İranın vitse-prezidenti Möhsün Mənsuri ölkənin prezidenti İbrahim Rəisi və onun nümayəndə heyətinin öldüyünü təsdiqləyib. Tasnim agentliyinin məlumatına görə, təyyarədə 8 nəfər olub. Meyitlərin tapılması əməliyyatı başa çatıb və onlar Təbrizə göndərilib.
İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən şəxslərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.