Tərtər rayonu Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.
Ednews xəbər verir ki, Həsənqaya kənd İƏD (İnzibati ərazi dairəsi üzrə nümayəndəsi) İlqar Qasımovun verdiyi məlumata əsasən 1965-ci il 20 mart təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu Çiləbürd kənd ərazisində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb.
O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Baxmayaraq ki, ANAMA (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi), hüquq - mühafizə orqanlarının mina təhlükəsi ilə bağlı bilbordlar yerləşdirilir, maarifləndirmə kampaniyaları keçirilir, vətəndaşlarımız bütün bunlara məhəl qoymayaraq həyatlarını təhlükəyə atırlar.
Beynəlxaq Avrasiya Mətbuat Fondu, bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!