Bazar günü 48 mindən çox abituriyent İMTAHAN VERƏCƏK

Cəmiyyət 12:25 23.05.2024

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

DİM-dən Ednews-a verilən xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 16-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 200 imtahan binası, 3644 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 200 ümumi imtahan rəhbəri, 594 imtahan rəhbəri, 4539 nəzarətçi, 646 buraxılış rejimi əməkdaşı, 200 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 23874, III ixtisas qrupu üzrə imtahanda isə 25104 nəfər olmaqla, ümumilikdə 48978 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 64 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 25-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

İmtahanların gedişini işıqlandırmaq üçün 42 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Paris Şuşada təslim oldu

Xəbər xətti

"Lion"İkinci liqaya göndərildi
08:10 25.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
07:35 25.06.2025
Qeyri-rəsmi nikahda əmlak bölgüsü necə olur?
07:00 25.06.2025
“İranın nüvə silahı olmayacaq”
06:30 25.06.2025
"Fənərbaxça" iki ulduz futbolçunu transfer etmək istəyir
06:00 25.06.2025
Haaqa Sammitində son dövrlərin ən böyük silahlanma proqramı qəbul oluna bilər
05:32 25.06.2025
“WhatsApp”ın ödəniş sisteminə keçdiyi elan edildi
05:30 25.06.2025
Qarpız mövsümü gəldi
05:00 25.06.2025
"ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək"
04:56 25.06.2025
Bu bürclər varlanacaq
04:30 25.06.2025
Türkiyə və Qətər XİN-ləri regiondakı vəziiyyəti müzakirə etdilər
04:00 25.06.2025
Azərbaycan stendi Peruda beynəlxalq sərgidə maraqla qarşılanıb
03:36 25.06.2025
" İran nüvə proqramından əl çəkməyəcək"
03:03 25.06.2025
Yüksək Təzyiqi olanlara kömək edən göyərti məlum oldu
02:45 25.06.2025
"Avropa Birliyi ölkələri Türkiyə ilə əməkdaşlıq etməlidir"
02:23 25.06.2025
Klublararası dünya çempionatı: "Benfika" və "Bavariya" növbəti mərhələdə
02:01 25.06.2025
"300 min manat kredit borcum var"
01:58 25.06.2025
Ərdoğan və Tramp arasında görüş baş tutdu
01:54 25.06.2025
Zelenski və Makron görüşdü
01:41 25.06.2025
Sovet dövrünün adamları niyə çox yaşayırlar?
01:39 25.06.2025
Paris Şuşada təslim oldu
01:23 25.06.2025
Tramp Nobel Sülh Mükafatına namizəd göstərildi
01:10 25.06.2025
İsrail dronları İranın Rəşt şəhərinin ətrafına hücum edib
01:03 25.06.2025
"İsrail məqsədlərinə nail ola bilmədi"
00:55 25.06.2025
Erməni deputatın Rusiyaya girişi qadağan edildi
00:40 25.06.2025
Ceyranbatanda KÜÇƏ İTİ nənə və nəvəyə hücum edib
00:25 25.06.2025
" İran Silahlı Qüvvələri əhəmiyyətli taktiki potensialı saxlayır"
00:16 25.06.2025
Tramp NATO baş katibinin şəxsi mesajını sosial şəbəkədə paylaşdı
00:10 25.06.2025
Üç min avtomobillə dolu gəmi Sakit okeanda batdı
23:55 24.06.2025
"İsrail və İran arasındakı atəşkəs razılaşması qüvvədədir"
23:40 24.06.2025
Donald Trampa impiçment elan oluna bilər
23:25 24.06.2025
"Serbiyanı heç kim düşünmür"
23:10 24.06.2025
"İrana qarşı kampaniya bitməyib"
22:55 24.06.2025
Dövlət xidmətləri sadələşdiriləcək
22:40 24.06.2025
Neymar "Santos"da qalır
22:25 24.06.2025
Azərbaycan-İran sərhədində radiasiya artımı var?
22:10 24.06.2025
Yeni unikal qan qrupu kəşf edildi
21:55 24.06.2025
"Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq"
21:49 24.06.2025
Sertifikasiya imtahanlarında 5 945 müəllim iştirak edib
21:34 24.06.2025
Mahir Emreli Almaniya klubunda 10 nömrəli formanı geyinəcək
21:19 24.06.2025
Hamısı