COP29-un sədri kimi Azərbaycan hesab edir ki, ölkələr qlobal miqyasda ən aktual olan iki məsələni - minalardan təmizləmə və iqlim dəyişikliyini birləşdirməlidir.
Ednews xəbər verir ki, Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov Bakıda keçirilən III Beynəlxalq Minatəmizləmə Konfransının bağlanışında deyib.
“Humanitar minatəmizləmə sahəsində təcrübə toplayan və qazanmaqda davam edən ölkəm də oxşar problemlərin həllinə çalışır. Bu bilik və bacarıqların əldə olunması üçün maliyyə resursları lazımdır. Milliyyətindən asılı olmayaraq, demək olar ki, hər gün insanlar minalardan və partlayıcı qurğulardan ölür”, - o bildirib.
N.Süleymanovun fikrincə, minalar “ölüm toxumları”dır.