Azərbaycan da bu quruma qoşulur? – BRİKS nədir? – ARAŞDIRMA

Cəmiyyət 11:54 14.06.2024

BRICS-ə (BRİKS) tam hüquqlu üzv və ya tərəfdaş dövlət statusunda qoşulmaq istəyən ölkələrin tam siyahısı açıqlanıb.

Ednews "İzvestiya" agentliyinə istinadən xəbər verir ki, burada 28 ölkə, o cümlədən Azərbaycan, Vyetnam, İndoneziya, Suriya, Tailand və Türkiyə kimi ölkələr də var. Siyahıda Çad, Eritreya və Cənubi Sudan da daxil olmaqla bir çox Afrika dövlətləri də mövcuddur. Bundan əlavə, hələ beynəlxalq arenada tam tanınmayan Fələstin dövlətinin adı da ayrıca qeyd olunun. 

Qeyd etmək vacibdir ki, ölkələrin hamısı rəsmi olaraq müraciət etməyib. 

Kazanda keçiriləcək sammitdə kimlərin və hansı statusla BRİKS-ə qoşulacağı hələ dəqiq deyil. Bütün bunlar mövcud üzvlərin konsensusa gəlib-gəlməməsindən asılı olacaq.

Hansı ölkələr BRİKS-ə qoşulmaq istəyir?

Bu il birliyə Misir, İran, Efiopiya və BƏƏ-nin qoşulmasından sonra BRİKS-ə müxtəlif statuslarda qoşulmaq istəyən daha 29 namizəd var. 

"İzvestiya" bu həftə Nijni Novqorodda başa çatan qrupun xarici işlər nazirlərinin sammitində iştirak edən BRİKS ölkələrindən birinin nümayəndə heyətindən tam siyahını əldə edib.

Siyahıda olan ölkələr: Azərbaycan, Əlcəzair, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuela, Vyetnam, Honduras, Zimbabve, İndoneziya, Qazaxıstan, Kuba, Küveyt, Mərakeş, Nigeriya, Nikaraqua, Fələstin (müşahidəçi dövlət və ya dialoq tərəfdaşı kimi qoşula bilər), Pakistan, Seneqal, Suriya, Tailand, Türkiyə, Uqanda, Çad, Şri Lanka, Ekvatorial Qvineya, Eritreya və Cənubi Sudan.

Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında bildirib ki, tərəflər bu yeni kateqoriyanın razılaşdırılması ilə bağlı işlərin icmalını aparıblar. Braziliyanın xarici işlər naziri Mauro Vieyranın vurğuladığı kimi, birliyə qoşulmaq istəyənlər müəyyən kriteriyalara cavab verməlidirlər. İlk növbədə, qrupda bir-birini tanımayan və ya birtərəfli sanksiyalar tətbiq edən ölkələr ola bilməz. Digər bir kriteriya qlobal idarəetmənin, o cümlədən BMT Təhlükəsizlik Şurasının islahatlarının dəstəklənməsi ilə bağlıdır, bu isə hazırda beynəlxalq çağırışlara cavab vermir, məsələn, Qəzza sektorundakı vəziyyət kimi, nazir vurğulayıb.

Hazırda birliyə iki formatda qoşulmaq mümkündür: BRİKS+ birliyə hələ üzv olmayan ölkələrin iştirakını nəzərdə tutur, "aoutrich" isə - sədr ölkə tərəfindən dəvət edilmiş dövlətlər (əsasən öz regionundan olan dövlətlərin nümayəndələri dəvət edilir; Yohannesburqda keçirilən sammitdə CAR qitənin bütün ölkələrinə dəvət göndərib). Bu zaman BRİKS tərəfdaşlarının statusu üzvlüyə maksimal yaxın olacaq - bu, mövcud kateqoriyalardan fərqləndirir.

BRİKS-ə qoşulmağın faydaları

Maraqlıdır ki, siyahıda mühüm enerji resursları ixracatçısı olan Azərbaycan var. Bununla belə, respublikanın rəsmi şəxsləri birliyə iştirak səviyyəsi barədə açıqlama vermirlər, halbuki, məsələn, Azərbaycan idmançıları Kazanda başlayan BRİKS Oyunlarında iştirak edirlər. Yerli analitiklər dəfələrlə Bakının qrupla əməkdaşlığının üstünlüklərini qeyd ediblər - bu, Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı ticarət həcmini artıracaq. Azərbaycanın üzv olmasına onun qonşuları olan Rusiya və İranın üzvlüyü səbəb ola bilər. Beləliklə, regionda BRİKS üzv ölkələrindən ibarət bütöv bir blok formalaşacaq.
İndoneziya və Vyetnamla bağlı vəziyyət qeyri-müəyyəndir. 2023-cü ildə Vyetnam və İndoneziyanın artıq BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət etdiyi məlumatı yayılıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən həftə bəyan etmişdi ki, Türkiyə BRICS-ə (BRİKS) qoşulmaq istəyir.

Xatırladaq ki, namizədlər və onların qrupa qoşulma formatı ilə bağlı məsələlər BRİKS-in oktyabrda Kazanda keçiriləcək sammitində həll olunacaq.

Oğuz 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
Hamısı