Əlif Hacıyev - Xocalının cəngavəri

Cəmiyyət 14:29 24.06.2024

Əlif Hacıyevin erməni daşnakları ilə mübarizəsi Qarabağ hadisələrindən əvvəl başlayıb. Dağlıq Qarabağda, Xankəndində erməni millətçilərinin gizli fəaliyyəti, azərbaycanlılara qarşı məkrli niyyətləri onun diqqətindən yayınmayıb. Bacarıqlı və qorxmaz polis işçisi Əlif Hacıyev heç nədən və heç kimdən qorxmadan erməniləri ifşa etməkdən çəkinməyib. Təbii ki, onun bu cəsarəti və çevikliyi vilayətdə erməni rəhbərliyi üçün təhlükə və maneə sayılıb.

Ednews xatırladır ki, bu gün Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür.

Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində dünyaya göz açıb. 1970-ci ildə orta məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb. 1973-cü ildə Minsk şəhərində hərbi xidmətini başa vurduqdan sonra, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib. 1976-cı ildə keçmiş SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub və 1979-cu ildə həmin məktəbi bitirib. 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirib.

1984-cü ildə Əlif Hacıyev ermənilər tərəfindən oğurlanmış azərbaycanlı uşağı xilas edəndə, Xankəndindən Yerevana millətçi qruplara külli miqdarda pul göndərilərkən onun qarşısını alanda, ermənilərin gizli təşkilatlanma planlarına maneçilik törədəndə ona qarşı xüsusi tədbir hazırlanıb. Bu tədbiri böyük ustalıqla, “sübut” və “dəlillərlə” həyata keçirən ermənilər saxta ittihamla Əlif Hacıyevi həbs ediblər. Məhkəmə ona 10 il azadlıqdan məhrumetmə cəzası verib. Uzun-uzadı şikayətlərdən sonra cəza müddəti 6 ilə endirilib, sonda isə Əlif Hacıyev bəraət alıb.

Sözsüz ki, azadlığa çıxan Əlif Hacıyev 1990-cı ildə yenidən Qarabağa qayıdıb. Həmin ilin dekabr ayının 21-də onun polis orqanlarında xidməti bərpa olunub və Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinin rəisi vəzifəsinə təyinat alıb. Əlif Hacıyev eyni zamanda Xocalı aeroportunun hərbi komendatı olub. Məhz onun bu təyinatından sonra Xocalı aeroportu ermənilərin əlindən çıxıb.

Xocalının müdafiəsi üçün Əlif Hacıyev bütün qüvvəsini səfərbər edib. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə o digər qeyrətli həmvətənləri ilə birgə qanlı döyüşlərə atılıb. Qüvvələrin qeyri-bərabər olmasından qorxmayan Əlif Hacıyev geri çəkilməyib. Aeroportdakı məxfi sənədlərin düşmən əlinə keçməməsi üçün dispetçer məntəqəsini partladıb. Düşmənin zirehli hərbi texnikaları Xocalıya girəndə Əlif Hacıyev köməksiz qalan insanları Ağdamın Şelli kəndi istiqamətinə çıxarıb və yenidən geri qayıdıb.

Təslim olmaq Əlif Hacıyevin xarakterinə görə deyildi. Son gülləsinə qədər döyüşən Əlif Hacıyev doğulub boya-başa çatdığı Xocalı torpağında qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə Əlif Lətif oğlu Hacıyevə ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilib.

Daha bir obyektin fəaliyyəti dayandırıldı - VİDEO

Xəbər xətti

Siyavuş Novruzov: “Bələdiyyəni qapıdan qovurlar”
13:20 28.06.2024
Daha bir obyektin fəaliyyəti dayandırıldı - VİDEO
13:15 28.06.2024
Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
13:05 28.06.2024
Rusiya ilə ABŞ arasında qarşıdurma yaşana bilər - SƏBƏB
Rusiya ilə ABŞ arasında qarşıdurma yaşana bilər - SƏBƏB
13:00 28.06.2024
VI çağırış Milli Məclis işini YEKUNLAŞDIRDI
12:50 28.06.2024
Baydenin uğursuz debatı sekçi nəticələri haqqında müxtəlif fikirlər yaradıb
Baydenin uğursuz debatı sekçi nəticələri haqqında müxtəlif fikirlər yaradıb
12:45 28.06.2024
Çimərliyə getmək üçün ən optimal vaxt hansı saatlardır? – Nazirlik AÇIQLADI
Çimərliyə getmək üçün ən optimal vaxt hansı saatlardır? – Nazirlik AÇIQLADI
12:40 28.06.2024
Bu restoran və şadlıq sarayları CƏRİMƏLƏNƏCƏK
12:35 28.06.2024
Bu avtomobillərlə bağlı cərimələr ARTIRILDI
12:30 28.06.2024
Azərbaycanda yeni dövlət rüsumları müəyyən edilir - - 50 min manat…
12:25 28.06.2024
Qohum evliliyini qadağan edən qanun layihəsi QƏBUL OLUNDU
12:20 28.06.2024
Bu məhsullar gömrük rüsumundan AZAD EDİLİR
12:15 28.06.2024
Azərbaycanla Qırğızıstan arasında imzalanmış daha iki sənəd TƏSDİQLƏNDİ
12:05 28.06.2024
İspanlar gündəlik həyatdan necə zövq alır? - ARAŞDIRMA
İspanlar gündəlik həyatdan necə zövq alır? - ARAŞDIRMA
12:00 28.06.2024
Suqovuşan qəsəbəsinə 190 ailə KÖÇÜRÜLƏCƏK
11:55 28.06.2024
Sosial verilişləri tənqid etdi
Sosial verilişləri tənqid etdi
11:50 28.06.2024
Cənubi Koreyadan Rusiya və Şimali Koreyaya sanksiyalar!
Cənubi Koreyadan Rusiya və Şimali Koreyaya sanksiyalar!
11:45 28.06.2024
Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı
11:40 28.06.2024
Prezident Ceyms O’Braynı QƏBUL ETDİ
11:34 28.06.2024
Antonio Kosta Avropa Şurasının yeni prezidenti oldu
Antonio Kosta Avropa Şurasının yeni prezidenti oldu
11:30 28.06.2024
Xocalıya daha 50 ailə köçürüləcək – RƏSMİ
11:25 28.06.2024
Sülh müqaviləsi bir ayın içərisində baş tutacaq? - Umud Mirzəyevdən AÇIQLAMA
Sülh müqaviləsi bir ayın içərisində baş tutacaq? - Umud Mirzəyevdən AÇIQLAMA
11:20 28.06.2024
VI çağırış Milli Məclisin sonuncu plenar iclası BAŞLADI
11:17 28.06.2024
"Süni intellekt şirkətləri TANRI yaratmağa çalışırlar" - Zukerberq
"Süni intellekt şirkətləri TANRI yaratmağa çalışırlar" - Zukerberq
11:15 28.06.2024
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək – BU TARİXDƏ
11:10 28.06.2024
Tramp-Bayden debatından sonra sorğu anketinin cavabı hər kəsi ŞOKA SALDI - FOTO
Tramp-Bayden debatından sonra sorğu anketinin cavabı hər kəsi ŞOKA SALDI - FOTO
11:00 28.06.2024
Rövşən 3 polisi belə aldadıbmış: "İcazə verin..." - YENİ DETALLAR
10:50 28.06.2024
Mikayıl Cabbarov: "İşğaldan azad edilmiş ərazilərdə minlərlə iş yeri yaradılıb"
10:45 28.06.2024
Boliviyada baş verən dövlət çevrilişinin səbəbi bəlli olub - VİDEO
Boliviyada baş verən dövlət çevrilişinin səbəbi bəlli olub - VİDEO
10:44 28.06.2024
İlin sonuna kimi Xocavəndə 53 ailə KÖÇÜRÜLƏCƏK
10:40 28.06.2024
Rusiya enerji üstünlüyünü ABŞ-a necə itirib?
Rusiya enerji üstünlüyünü ABŞ-a necə itirib?
10:30 28.06.2024
BMT-nin Baş katibi Bakıya GƏLƏCƏK
10:20 28.06.2024
Seysmoloji Xidmət Mərkəzindən XƏBƏRDARLIQ – “Afterşoklar ola bilər”
10:01 28.06.2024
İranın Azərbaycandakı səfirliyində səsvermə prosesi başladı
09:51 28.06.2024
Bakının bu rayonunda qaz olmayacaq – XƏBƏRDARLIQ
09:44 28.06.2024
Qurban Yetirmişli: “Əhali nağıllara inanıb təşvişə düşməsin”
09:35 28.06.2024
Laçın şəhərinə növbəti köç karvanı yola salındı
09:33 28.06.2024
Bayden debat zamanı Trampı təhqir edib - VİDEO
Bayden debat zamanı Trampı təhqir edib - VİDEO
09:28 28.06.2024
Zəlzələ bu ölkələrdə də HİSS OLUNDU
Zəlzələ bu ölkələrdə də HİSS OLUNDU
09:27 28.06.2024
VI çağırış Milli Məclisin sonuncu plenar iclasının gündəliyinə dəyişiklik EDİLDİ
09:21 28.06.2024
Hamısı