Rövşən 3 polisi belə aldadıbmış: "İcazə verin..." - YENİ DETALLAR

Cəmiyyət 10:50 28.06.2024

Xəbər verdiyimiz kimi, iyunun 24-də Xəzər rayonunda 3 polis əməkdaşı qətlə yetirilib. Cinayəti törədən Rövşən Oqtay oğlu Allahverdiyev isə hadisə yerində zərərsizləşdirilib. 

Ednews  oxu.az-a istinadla xəbər verir ki, sözügedən hadisə və cinayəti törədən şəxslə bağlı yeni faktlar məlum olub. 

Belə ki, Rövşən Allahverdiyev çoxsaylı vətəndaşı aldadaraq onlara məxsus torpaq sahələrinin özəlləşdirilməsinə, onların müxtəlif orqanlarda işə düzəlməsinə köməklik edəcəyi adı ilə külli miqdarda pullarını mənimsədiyindən 2023-cü ilin mart ayında ölkə hüdudlarını Türkiyə istiqamətində tərk etməyə cəhd göstərərkən saxlanılaraq istintaq orqanlarına təhvil verilib. 

Rövşən Allahverdiyevin vətəndaş Rasim Hidayət oğlu Məmmədova məxsus torpaq sahəsini özəlləşdirmək adı ilə sonuncunun 320 000 manatını ələ keçirməsi faktı üzrə DİN-in istintaq qurumlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq Rövşən Allahverdiyev 30 mart 2023-cü il tarixdə CM-in qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Eyni zamanda Rövşən Allahverdiyevin torpaq sahəsini özəlləşdirmək adı ilə digər vətəndaş Eynulla Adil oğlu Abdullayevin 139 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı üzrə 25 mart 2023-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə başlanılmış cinayət işi Rövşən Allahverdiyevin barəsində istintaq edilən digər cinayət işi ilə bir icraatda birləşdirilib. 

İstintaq prosesində 29 avqust 2023-cü il tarixində Rövşən Allahverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbiri müdafiə tərəfinin vəsatəti ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə həmin şəxs həbsdən azad edilib. 
Bundan əlavə, Rövşən Allahverdiyevin vətəndaş Nicat Namiq oğlu Hacıyevi Dövlət Gömrük Komitəsinə işə düzəltmək adı ilə aldadaraq 20 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı ilə bağlı 28 iyun 2023-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, istintaq zamanı onun digər vətəndaş Abbas Eldar oğlu Dadaşovu da aldadaraq torpaq sahəsini özəlləşdirmək adı ilə 1 141 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edildiyindən əməli CM-in 178.4-cü maddəsinə tövsif edilib, 9 sentyabr 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilməklə yenidən barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

15 sentyabr 2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Rövşən Allahverdiyevin barəsində Səbail Rayon Məhkəməsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək sonuncu təkrarən həbsdən azad olunub. 

Qeyd olunan faktlarla bağlı DİN-in istintaq qurumlarında aparılan cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs Rövşən Allahverdiyev istintaq orqanından gizləndiyinə görə 30 oktyabr 2023-cü il tarixdə barəsində axtarış elan edilib. 

Digər məlumata görə, səkkiz aya yaxın istintaq orqanlarından gizlənən Rövşən Allahverdiyevin 24 iyun 2024-cü il tarixə keçən gecə yaşadığı ünvana gələcəyi barədə məlumat almış əməliyyat xidmətinin əməkdaşı dərhal bu barədə aidiyyəti üzrə məruzə edib, həmin ünvana əlavə qüvvələr, eləcə də ərazidə xidmət aparan post-patrul naryadları göndərilmiş, ilk gələn post-patrul əməkdaşı ilə əməliyyat xidmətinin əməkdaşı Rövşən Allahverdiyevi yaşadığı ünvanın qarşısında saxlayıblar. 

Bundan sonra Rövşən Allahverdiyev səkkiz aya yaxın azyaşlı övladlarını görmədiyini bildirib sonuncu dəfə onlarla vidalaşmasına icazə verilməsini anası ilə birlikdə israrla xahiş etdiyindən polis əməkdaşları humanizm göstərərək onun qolundan qandalı açıb yaşadığı mənzilə daxil olmasına şərait yaradıblar. 
Rövşən Allahverdiyev evə daxil olduqdan sonra "Kalaşnikov" döyüş avtomatının bazası üzərində hazırlanmış, bir neçə hədəfi qısa müddətə məhv etmək imkanına malik "Lancaster" markalı ov silahı ilə ailə üzvləri - anası, həyat yoldaşı, uşaqları ilə bayıra çıxaraq onların arxasından qəfil atəş açmaqla polis əməkdaşlarını qətlə yetirmiş, eləcə də yaranmış səs-küyü eşidib həmin ünvana gələn, yaxınlıqda yaşayan, Səfər Pirvəli oğlu Piriyevin də polis əməkdaşı olmasını zənn edərək onu da qətlə yetirib. 

Bundan sonra hadisə yerinə gələn əməliyyat qrupu təslim olması barədə Rövşən Allahverdiyevi dəfələrlə xəbərdar etsələr də, sonuncu buna məhəl qoymayaraq müqavimət göstərdiyindən odlu silahdan istifadə edilməklə zərərsizləşdirilib. 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Kiyevdə Rusiya zərbəsi nəticəsində ən azı 14 nəfər həlak olub
07:54 17.06.2025
"Milyarderlərin sığınacağındak"ı kanalizasiya problemi ştatın qanunvericilik gündəminə çevrildi
06:20 17.06.2025
G7 İran-İsrail münaqişəsi haqqında birgə bəyanat imzaladı
05:09 17.06.2025
Tramp Milli Təhlükəsizlik Şurasının iclasını çağırır
01:48 17.06.2025
"İran səhərə qədər İsraili vuracaq"
00:51 17.06.2025
Nadir torpaq elementləri ilə zəngin sualtı ada kəşf olundu
00:06 17.06.2025
"ABŞ cari maliyyə siyasəti altında defolt riski ilə üzləşir"
00:04 17.06.2025
Berbok BMT-dəki mandatından imtina etdi
23:22 16.06.2025
İki Od Arasında: İran-İsrail Münaqişəsi və Azərbaycanın Strateji Seçimləri
23:07 16.06.2025
İranın sərnişin təyyarəsi radardan itdi
21:29 16.06.2025
İsrail Livanı bombaladı
21:13 16.06.2025
BMT mina qadağasına dair qlobal kampaniyaya start verir
21:02 16.06.2025
Təbrizdə İsrailə məxsus ikinci F-35 vuruldu
20:52 16.06.2025
"ABŞ Rusiya ilə görüşünü ləğv edib"
19:33 16.06.2025
Tramp G7-nin bəyanatını imzalamaqdan imtina edib
19:16 16.06.2025
İsrail İran dövlət televiziyasının binasına zərbə endirdi
18:23 16.06.2025
Hamısı