"Bu gün QHT-lər təkcə Azərbaycanda yox, ölkəmizdən kənarda da işlər görürlər".
Ednews xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”ndan sonra mətbuata açıqlamasında deyib.
"Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları ölkədaxili uğurlu fəaliyyətlərini və öz güclərini beynəlxalq səviyyələrə daşımalı və bunun üçün birlik nümayiş etdirməlidirlər. Bu həm yerli, həm də xarici əlaqələrin qurulmasına aiddir. Nəticədə, QHT-lər arası çoxşaxəli əməkdaşlığın inkişafından həm cəmiyyət, həm dövlət, həm də vətəndaş qazanacaq. O zaman daha mütəşəkkil vətəndaş və cəmiyyət məfhumunun və vətəndaş cəmiyyətinin ən güclü tərəfinin birlikdə şahidi olacağıq”.
Ətraflı video süjetdən izləyə bilərsiniz: