Azərbaycan Respublikası Prezidentinə “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciəti”

Cəmiyyət 13:40 25.06.2024

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilanda keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Azərbaycan Respublikası Prezidentinə “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciəti” qəbul ediblər.

Ednews müraciəti təqdim edir:

“Biz - Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları olan ictimai birliklərin rəhbərləri Sizin Yaşıl Dünya Naminə ardıcıl və məqsədyönlü fəaliyyətinizi yüksək qiymətləndirir və təqdir edirik.

Yürütdüyünüz siyasətin məntiqi nəticəsidir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün cənnətə çevrilir, bu ərazilər eyni zamanda yaşıl enerji zonaları elan olunub.

Beynəlxalq ictimaiyyətin yekdilliklə COP29-a ev sahibliyini bu dəfə məhz Azərbaycana həvalə etməsi Sizin dünyanı həmrəyliyə dəvət edən yaşıl enerji siyasətinizə olan böyük hörmət və rəğbəti aydın ifadə edir.

Azərbaycanın COP29 ölkəsi kimi, iqlim dəyişmələri səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərinə qlobal dəstəyin təmin olunması üçün fəal iş aparması ölkəmizə xüsusilə inkişaf etməkdə olan ölkələrin (İEOÖ) diqqətini daha da artırıb.

Son bir neçə ay ərzində COP29-la əlaqədar ümumilikdə 71 ölkədən 367 QHT və ictimai fəalın müxtəlif birgə bəyanatlar verərək Azərbaycanın qlobal iqlim dəyişmələri ilə mübarizəsinə güclü dəstək ifadə etməsi, bu ölkələrdən 62-sinin məhz İEOÖ-lər olması bunun aydın ifadəsidir.

OPEC+ platformasının üzvü olan Azərbaycan dünyaya nümunə göstərir ki, məhz neft və qazı zəngin olan ölkələr iqlim dəyişmələri məsələlərinin həllində təşəbbüskarlığı ələ almalıdır.

Sizin rəhbərliyinizlə yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlanılıb. Azərbaycanın yaxın 6 ildə günəş və külək enerjisi 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Dörd qiqavat həcmində yaşıl enerjini Avropaya ixrac etmək imkanı yaranacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatları 157 qiqavatdır. Bu, Azərbaycanın yaşıl enerji potensialını aydın nümayiş etdirir.

Qlobal istiləşmə şəraitində Azərbaycan dünyaya müdrik mesaj verir ki, qlobal iqlim dəyişmələrinin səbəb ola biləcəyi fəlakətin qarşısı yalnız qlobal həmrəyliklə alına bilər.

Biz - Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Sizin yanınızdayıq, Sizinlə bir yerdəyik, Sizinlə fəxr edirik.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilanda keçirilmiş forumda ekoloji məsələlərin müzakirəsi üstünlük təşkil etdi, 3 paneldən 2-si bu mövzuda idi. Aparılmış müzakirələr əsasında belə bir ümumi qənaətə gəlirik ki, Sizin yaşıl düşüncəyə söykənən yeni enerji strategiyanız Azərbaycana qarşıdakı dövrdə daha böyük qələbələr bəxş edəcək!

Siz qalib xalqın qalib lideri kimi ölkəmizi yeni inkişaf mərhələsinə qaldırmısınız.

Biz Qarabağda və Şərqi Zəngəzurda nəhəng quruculuq və bərpa işlərinin şahidiyik.

Təəssüflər olsun ki, Ermənistan işğal dövründə Azərbaycan torpaqlarını 1,5 milyondan çox mina və partlamamış hərbi sursat ilə çirkləndirib. İndi ərazinin minalardan təmizlənməsi, ətraf mühitin qorunması üçün böyük işlər aparırsınız.

Biz qəti əminik ki, gün gələcək, Siz Qarabağ və Şərqi Zəngəzuru minadan azad bölgə elan edəcəksiniz.

Biz - “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciəti”ni qəbul etməklə, apardığınız siyasətə tam dəstəyimizi ifadə edir, yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq”.

Ağsuda bu obyektin fəaliyyəti dayandırıldı - VİDEO

Xəbər xətti

Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq
18:42 02.07.2024
Xorvatiya millisinin sabiq futbolçusu yığmanın baş məşqçisi təyin olunub
18:33 02.07.2024
Daşkəsəndən sel keçib - FAKTİKİ HAVA
18:23 02.07.2024
Azərbaycan İtaliya şirkəti ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlığı müzakirə edib
18:12 02.07.2024
MDB Oyunlarının yarışları Xankəndidə də KEÇİRİLƏCƏK
18:00 02.07.2024
Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim etdi
17:55 02.07.2024
YAP İdarə Heyəti sabah toplanır - Seçkilərlə bağlı qərarlar veriləcək
17:50 02.07.2024
İşğaldan azad olunan Füzulidə hansı quruculuq işləri aparılıb?
17:47 02.07.2024
Zakir Həsənov Belarusa getdi - Hərbi paradda iştirak edəcək
17:45 02.07.2024
Bakının daha bir küçəsində avtobus zolağı yaradıldı
17:40 02.07.2024
“Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur
17:23 02.07.2024
Bakıda 32 dərəcə isti olub - FAKTİKİ HAVA
17:15 02.07.2024
Qarabağ Universitetində çalışmaq istəyənlərin NƏZƏRİNƏ: Yeni vakansiyalar elan olundu
17:00 02.07.2024
Seçki məntəqələrində veb-kameralar işlək hala gətirilir
16:48 02.07.2024
MSK üç partiyanın səlahiyyətli nümayəndəsini QEYDƏ aldı
16:35 02.07.2024
Bakıda uşaq bağçasının direktoru TUTULDU
Bakıda uşaq bağçasının direktoru TUTULDU
16:24 02.07.2024
Azərbaycanda elektrik avtobusları istehsal ediləcək - SAZİŞ İMZALANDI
16:15 02.07.2024
Aeroportda gömrükçülərin aşkar etdikləri QANUNSUZ MƏHSULLAR: Kompüter, planşet...
16:05 02.07.2024
Orban: “Zelenskidən xahiş etdim ki, Rusiya ilə danışıqlara başlasın”
16:00 02.07.2024
Prezident üç ölkə ilə imzalanmış vacib sənədləri TƏSDİQLƏDİ
15:48 02.07.2024
2023-cü il dövlət büdcəsinin icrasına dair qanun təsdiqləndi
15:40 02.07.2024
Bahalaşan benzinin qiyməti başqa sahələrə təsir göstərəcək? - Eyyub Kərimlidən AÇIQLAMA
15:30 02.07.2024
Bu şəxslər üçün Bakı və Gəncədə yardım mərkəzləri YARADILDI
15:18 02.07.2024
Malayziyadan Qəzza ilə bağlı TƏKLİF
Malayziyadan Qəzza ilə bağlı TƏKLİF
15:00 02.07.2024
Pakistan səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatdı
14:49 02.07.2024
Bu il Azərbaycandan Avropaya qaz tədarükünün 79 faizi İtaliyanın payına DÜŞÜR
14:39 02.07.2024
Marsda yaşaya bilən bitki kəşf edilib - ARAŞDIRMA
Marsda yaşaya bilən bitki kəşf edilib - ARAŞDIRMA
14:30 02.07.2024
Azərbaycanın Tailanddakı səfiri geri çağırıldı - YENİ TƏYİNAT
14:22 02.07.2024
Ağsuda bu obyektin fəaliyyəti dayandırıldı - VİDEO
14:03 02.07.2024
Bakının bəzi təhsil müəssisələrində tibb xidməti yoxdur - RƏSMİ
13:55 02.07.2024
“Qarabağ”ın yeni mövsüm üçün formaları
“Qarabağ”ın yeni mövsüm üçün formaları
13:43 02.07.2024
Çindən ABŞ-a sərt reaksiya: "Uyğur məsələsi daxili işimizdir"
Çindən ABŞ-a sərt reaksiya: "Uyğur məsələsi daxili işimizdir"
13:30 02.07.2024
Viktor Orban Kiyevə gəldi
Viktor Orban Kiyevə gəldi
13:20 02.07.2024
Sabahın hava proqnozu AÇIQLANDI
13:16 02.07.2024
ABŞ ordusu həyəcan təbili çalır: Rusiya hücumu gözlənilir
ABŞ ordusu həyəcan təbili çalır: Rusiya hücumu gözlənilir
13:05 02.07.2024
“Azərreyl” 3 voleybolçu ilə müqaviləni uzatdı
“Azərreyl” 3 voleybolçu ilə müqaviləni uzatdı
12:55 02.07.2024
Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi
Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi
12:30 02.07.2024
“Vətəndaş Tribunası” ictimai birliyi yeni layihənin icrasını davam etdirir
12:20 02.07.2024
Ötən ay Bakıda 27 nəfəri gün vurub – RƏSMİ
Ötən ay Bakıda 27 nəfəri gün vurub – RƏSMİ
12:10 02.07.2024
Məktəbəhazırlıq qruplarına qəbul başlayır – BU TARİXDƏN
12:03 02.07.2024
Hamısı