Bu il Azərbaycandan Avropaya qaz tədarükünün 79 faizi İtaliyanın payına DÜŞÜR

İqtisadiyyat 14:39 02.07.2024

Bu il Azərbaycandan İtaliyaya 9,6 milyard kubmetr qaz tədarükü proqnozlaşdırılır. 

Ednews  Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov Milanda İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini ilə görüşündə bildirib. 

Görüşdə enerji sahəsində və Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), İtaliyanın G7-yə sədrliyi çərçivəsində əməkdaşlığın geniş spektri müzakirə edilib. Azərbaycanla İtaliya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından və əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. 
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya ilə münasibətlərin hərtərəfli inkişafına önəm verdiyi vurğulanıb. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olması, indiyə kimi Avropaya tədarük edilmiş 37,9 milyard kubmetr qazın 30 milyard kubmetrdən çoxunun bu ölkəyə nəqli və İtaliyanın qazla təchizatında Azərbaycanın ilk üçlükdə qərarlaşması müsbət məqamlar kimi qeyd olunub. 

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) 2026-cı ildən ötürücülük gücünün 1,2 milyard kubmetr genişlənməsinin isə enerji təhlükəsizliyi və dekarbonizasiya məsələlərində əməkdaşlığımızı gücləndirəcəyi bildirilib.

“Ansaldo Energia” şirkəti ilə hazırda inşa olunan 1 280 MVt-lıq elektrik stansiyasının və azad edilmiş ərazilərdə yarımstansiyaların avadanlıqlarla təchizatı üzrə əməkdaşlıqdan da bəhs olunub və bərpa olunan enerjinin tədarükü perspektivləri dəyərləndirilib. 

İtaliyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə Azərbaycandan “yaşıl enerji”nin təchiz edilməsinə marağı ifadə edilib. 

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Ter-Petrosyan II Qareginlə birləşdi
22:47 25.06.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub
22:32 25.06.2025
Qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı
22:17 25.06.2025
“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” Təhsildən yayınma və erkən nikahlar
22:02 25.06.2025
Yer kürəsində həyat spirtdən yaranıb?
21:47 25.06.2025
Tovuzda qidadan zəhərlənənlərin sayı 28-ə çatıb
21:31 25.06.2025
“Kontakt Home” barədə rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırıla bilər
21:16 25.06.2025
İranın müdafiə naziri Çinə səfər edib
20:47 25.06.2025
İsrail zərbələri nəticəsində ölənlərin sayı 627-yə çatıb
20:31 25.06.2025
NASA-nın köhnə peyki qəfil "canlandı"
20:16 25.06.2025
MEDİA nümayəndə heyəti Sinxua xəbər agentliyində oldu -FOTO
20:01 25.06.2025
"Yüksəliş" müsabiqəsinin finalçısı vəzifəyə təyin olundu
19:46 25.06.2025
"Rütte özünü rüsvay etdi"
19:31 25.06.2025
"Atena"- nın fəaliyyətində nöqsanlar aşkarlandı
19:18 25.06.2025
Hamısı