EDNEWS xəbər verir ki, Salomensk, Svyatoşin, Obolon və Dneprovsk rayonları bir neçə istiqamətdən pilotsuz uçuş aparatlarından və raketlərdən hücuma məruz qalıb.
Hücumdan sonra Salomenski rayonunda yaşayış binaları yanıb.
Ukrayna Hərbi Hava Qüvvələri dronları zərərsizləşdirməyə çalışıb.
Tələfat və xəsarət alanlar barədə məlumat verilməyib.
Hazırda bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı edildiyi bildirilir.
Kiyev paytaxtın meri Vitali Kliçko hücum nəticəsində 14 nəfərin yaralandığını bildirib.
Onlardan 12-si xəstəxanaya yerləşdirilib, ikisinə isə yerindəcə tibbi yardım göstərilib.
Şevçenkivski, Solomenski və Darnitski rayonlarında ciddi dağıntılar olduğu deyilir.
Rusiya teleqram kanalları yazır ki, hücum zamanı “Kinjal” hipersəs raketlərindən istifadə olunub.