156 nəfər deputatlığa namizədliyini irəli sürüb. Onlardan 71 nəfərin namizədliyi təsdiqlənib, 43 nəfərə imza vərəqi verilib.
Ednews xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
Sədr vurğulayıb ki, 1 nəfər öz ərizəsi ilə imtina edərək, seçki prosesindən çıxıb.
"Həmin şəxs başqa yerdə namizədliyini verməsi ilə bu prosesdən kənarlaşıb. Ümumilikdə, 458 nəfər səlahiyyətli nümayəndə qeydə alınıb".