“Azərbaycanda bütün məhkumlar səsvermədə iştirak edə bilirlər”.
Ednews xəbər verir ki, bunu Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Abiddin Hüseynov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O, seçici siyahılarının hazırlanması məsələsinə toxunaraq ölən və doğulan şəxslərlə bağlı məlumatın nazirliyin reyestrinə daxil olduğunu bildirib:
“Həmin reyestr Mərkəzi Seçki Komissiyasına (MSK) inteqrasiya olunub”.