Qarabağ Universitetində SABAH qruplarına vakansiya ELAN EDİLDİ

Cəmiyyət 10:15 11.07.2024

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Qarabağ Universiteti SABAH qrupları layihəsinin bakalavriat səviyyəsində 2024/2025–ci tədris ilinin payız semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisi məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur. 

Ednews  xəbər verir ki, işə qəbul şərtləri aşağıdakı kimidir.

Seçiləcək professor-müəllim heyətinin vəzifələri: 

• Bakalavriat səviyyəsində keyfiyyətli tədrisin aparılması;  

• Kurs sillabusunun hazırlanması;  

• Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;  

• SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi;  

• Müvafiq ali təhsil müəssisənin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;  

• Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi. 

Müsabiqədə iştirak etmək üçün tələblər:  

• Ən azı üç il ali təhsil pilləsində pedaqoji təcrübəyə və (və ya) sahə üzrə iş təcrübəsinə malik magistr və daha yüksək elmi dərəcəyə malik olması; 

• Xarici ali təhsil müəssisəsindən alınmış diplomun Azərbaycan Respublikasının müvafiq orqanı tərəfindən nostrifikasiyasının (tanınmasının) olması; 

• Tədris edəcəyi fənn və müvafiq ixtisas üzrə hərtərəfli biliyə və müasir ədəbiyyatla tanışlığa malik olması; 

• Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi; 

• İnnovativ tədris metodlarını tətbiq edə bilməsi; 

• Tədrisdə müasir pedaqoji yanaşmalardan istifadə edə bilməsi; 

• Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması; 

• Dinamik, təşəbbüskar, pozitiv olması; 

• Geniş dünya görüşü və SABAH qruplarında müvafiq fənni tədris etməsi üçün xüsusi motivasiyanın olması.  

Qeyd edilən vəzifə və tələblərə uyğun gələn namizədlər aşağıdakıları nəzərə almalıdır:  

• İngilis dili fənni üzrə tədris kvalivkasiya sertifikatlarının (TKT, TESOL, CELTA, DELTA və s.) olmasına üstünlük veriləcək; 

• SABAH qruplarında tədrisin aparılmasının onun əsas iş yeri ilə razılaşdırılması öhdəliyi müraciət edənin üzərinə düşür; 

• Hər bir namizəd ən çoxu 2 fənn üzrə müraciət edə bilər; 

• Vakant fənlərin siyahısına "Fənlər" bölməsində baxa bilərsiniz; 

• Müraciət etmək üçün "Müraciət forması"nı bölmələr üzrə tam doldurmağınız tələb olunur; 

• Qeydiyyatınızı tamamladıqdan sonra sənədlərinizin (şəxsiyyət vəsiqəsi, diplomlar və onların nostrifikasiyası, pedaqoji və iş təcrübəsi ilə bağlı müvafiq arayış və ya əmək kitabçası, sertifikat, CV, fənn sillabusu) surətlərini [email protected] ünvanına göndərməyiniz tələb olunur; 

• Qeydiyyat ilə bağlı sual yarandıqda, [email protected] ünvanına müraciət edə bilərsiniz; 

• Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə qeydiyyat bağlandıqdan sonra 15 iş gün ərzində əlaqə saxlanılacaq; 

• Müsahibə mərhələsi 3 meyar üzrə (sahə üzrə bilik və bacarıqlar, SABAH qruplarında tədris etmə motivasiyası və kommunikasiya bacarıqları və təqdimat bacarıqları) aparılacaq; 

• Bu seçim müvafiq fənn üzrə yalnız 2024/2025-ci tədris ilinin payız semestrində tədrisini nəzərdə tutur və növbəti tədris ilində (və ya semestrində) Sizin bu fənni tədris etməklə bağlı öhdəliyiniz, SABAH qrupları layihəsi İcra Komitəsinin isə mütləq təminatı yoxdur.  

Müsabiqədə iştirak üçün son müraciət tarixi – 19.07.2024 saat 23:59  

Qeyd edək ki, seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcək. 

Paris Şuşada təslim oldu

Xəbər xətti

Pakistan ABŞ-yə çata biləcək raket hazırlayır
18:47 25.06.2025
Rütte Donald Trampa "ata" dedi
18:32 25.06.2025
Morata Fabreqasın komandasına kluba keçir
18:17 25.06.2025
Piolli istefaya göndərildi
18:02 25.06.2025
"Azərbaycanın dəstəyi mübarizəmizə güc verir"
16:59 25.06.2025
NATO Ukraynaya hərbi yardımı davam etdirəcək
16:44 25.06.2025
"Neyrokolonializm şüura parazit kimi nüfuz edir"
16:18 25.06.2025
Peru Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib
16:08 25.06.2025
Xankəndidəki uşaq bağçasında Silahlı Qüvvələr Günü qeyd edilib
16:03 25.06.2025
Çin ağcaqanad ölçüsündə PUA hazırladı
15:48 25.06.2025
"Kaş ki, daha güclü liqalara üz tutardı" -Ballak Leroy Sanenin seçimindən danışdı
15:36 25.06.2025
Rusiya Silahlı Qüvvələri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü
15:21 25.06.2025
Baydenin əvəzinə sənədlərə o imza atırmış
15:06 25.06.2025
FIFA irqçi təhqirə görə Meksika klubunun oyunçusuna qarşı iş açdı
14:51 25.06.2025
"Yeni cərimə mexanizmləri QHT-lər üçün məhdudiyyət deyil"
14:36 25.06.2025
"Morning Midas"-ın necə yandığı məlum oldu
14:21 25.06.2025
ABŞ meqapolisləri istilikdən boğulur
14:06 25.06.2025
"Fransanın bölgədə xlordekon pestisidindən istifadəsi ciddi nəticələr doğurub"
13:51 25.06.2025
Moskva Ermənistanda hakimiyyətin qanuniliyində maraqlıdır
13:36 25.06.2025
"Ermənistanın bugünkü səyi - Azərbaycan diplomatiyasının təsirini etiraf etməkdir"
13:21 25.06.2025
“Bakı Fond Birjası” ötən il 1 milyon manat zərər edib
12:58 25.06.2025
Kibercasusluq: Gizli əməliyyatlar necə aşkar olur?
12:35 25.06.2025
Günəşdəki partlayışlar 72 saat ərzində planetdə iqlim cəhənnəmi yarada bilər
12:28 25.06.2025
" İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir"
12:25 25.06.2025
İrlandiyada "ilah kral" mifi təkzib olundu
12:08 25.06.2025
Qvadelup və BTQ arasında əməkdaşlığa dair memorandum imzalanıb
12:02 25.06.2025
Ermənistan höküməti ilə erməni kilsəsi arasında gərginlik səngimir
11:46 25.06.2025
Şahzadə Harri ailəsiylə barışır
11:25 25.06.2025
Britaniya ABŞ-dən F-35A qırıcısı alacaq
11:09 25.06.2025
Daşınmaz əmlak nədir və hansı növləri var?
10:52 25.06.2025
"ABŞ bazasına zərbə Qətərin suverenliyini pozmaq məqsədi daşımırdı"
10:43 25.06.2025
Çin lideri BRİCS sammitində iştirak etməyəcək
10:42 25.06.2025
Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?
10:38 25.06.2025
Messidən daha bir unikal nəticə -33-cü dəfə...
10:15 25.06.2025
İran məhsulları bahalaşacaq?
10:07 25.06.2025
"İranın nüvə obyektləri məhv edilməyib"
09:27 25.06.2025
Beş ölkə Rusiya ilə sərhəddi minalayacaq
09:16 25.06.2025
İsmayıl Qaaninin ölüm xəbəri təkzib edildi
09:01 25.06.2025
"Azərbaycanı vura bilərik" -Fars ekspertdən sərsəm iddia
08:55 25.06.2025
Azərbaycan Məktəblərində Çin dilinin tədris oluna bilər
08:40 25.06.2025
Hamısı