Şuşada “İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusunda panel iclas keçirilib

Cəmiyyət 12:35 18.07.2024

Şuşada “İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusunda panel iclas keçirilib.

Ednews "Report"-a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə aparılan paneldə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı, "Əhməd Ağaoğlu" Milli Araşdırmalar İctimai Birliyinin sədri Nigar Axundova iştirak ediblər.

Panel iştirakçıları "Qarabağın quruculuğunda və dayanıqlı inkişafında qadınların rolu", "Şuşanın tarixində qadınların rolu", "Qloballaşan dünyada ümumislam kontekstində qadın məsələsi", "İnsan və ətraf mühit münasibətlərinə islami baxış" və "Milli etnik kontekstdə qadın hüquqları və gender bərabərliyi" mövzularında çıxışlar edib, müzakirələr aparıblar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, islam coğrafiyasında qadınların təhsilalma hüququ ümumi dünya göstəricisindən aşağıdır. Onun sözlərinə görə, islam dünyasında müsəlman kişilər 6,9 il təhsil aldığı halda, müsəlman xanımlarda bu rəqəm 4.9 il təşkil edir: "Halbuki müsəlman kişilərinin yalnız 10 faizi, qadınların isə 6 faizi təhsilini davam etdirir".

Qarabağın quruculuğunda və dayanıqlı inkişafında qadınların rolu haqqında danışan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva isə qeyd edib ki, işğaldan azad edilmiş Ağalı kəndində hazırda qadınların sayı kişilərdən çoxdur.

VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov isə vurğulayıb ki, hazırda islam dünyası üçün ən vacib məsələlər qadınların hüquqlarının təmin olunması və onların təhsili problemidir.

"Qadınların təhsildən yayındırılması heç bir halda dinin tələbi deyil. Əksinə, islam qadınların da, kişilərin də təhsil almasını xüsusi şəkildə dəstəkləyir", - deyə C.Məmmədov əlavə edib.

Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə "Şuşanın tarixində qadınların rolu" mövzusunda geniş təqdimatla çıxış edib. Rektor Qarabağ qadınlarının ictimai fəaliyyəti, xüsusilə Xurşidbanu Natəvanın qarabağlılar üçün gördüyü işlər, ictimai-siyasi fəaliyyəti haqqında tarixi faktları və fikirlərini bölüşüb.

"İnsan və ətraf mühit münasibətlərinə islamı baxış" mövzusunda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı Azərbaycanın üzləşdiyi mina probleminə toxunub. O vurğulayıb ki, ermənilər Azərbaycanın əzəli-əbədi torpaqlarını minalayıblar və bu qeyri-insani addım təkcə islamda deyil, bütün dinlərdə tənqid edilən əməldir.

"Əhməd Ağaoğlu" Milli Araşdırmalar İctimai Birliyinin sədri Nigar Axundova isə Türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun nümunəvi həyatı və ictimai-siyasi fəaliyyəti haqqında konfrans iştirakçılarını məlumatlandırıb.

Çıxışlardan sonra panel müzakirələrlə davam edib.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

"SMS Blaster" fırıldağı sürətlə yayılır
09:32 27.06.2025
Kosmos tarixində daha bir ilk:
09:17 27.06.2025
Zombi göbələyinin ən qədim nümunəsi aşkarlandı
09:12 27.06.2025
Tonqa sahilində güclü zəlzələ baş verib
09:02 27.06.2025
Şimali Koreyada yeni kurort açılacaq
08:44 27.06.2025
Harvard işçilərinin bir hissəsi ixtisar ediləcək
08:05 27.06.2025
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"
07:35 27.06.2025
Birinci xanım qeyri-qanuni miqrant elan edildi
07:02 27.06.2025
"Şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər
06:30 27.06.2025
Marsda insan üçün ən ideal yer tapıldı
06:05 27.06.2025
Yağın yanmasını sürətləndirən hormon kəşf olundu
05:32 27.06.2025
Doqquz nəfəri öldürüb doğramış yaponiyalı edam edilib
05:17 27.06.2025
ABŞ müdafiə büdcəsinin əsas hissəsi Çini cilovlamağa yönələcək
04:34 27.06.2025
Konqres Trampın Hərbi büdcə layihəsindən niyə narazıdır?
04:10 27.06.2025
Dünyanın ən dərin barı Londonda açılacaq
03:36 27.06.2025
"ABŞ Çinlə ticarət sazişi imzalayıb"
03:03 27.06.2025
Atakama Səhrasına qar yağıb
02:38 27.06.2025
İnsan beyninin əqli yorğunluğa necə reaksiya verdiyi bəlli olub
02:05 27.06.2025
İsveçrə buzlaqları əriyir
01:35 27.06.2025
Məşhur güləşçiyə vəzifə verildi
01:19 27.06.2025
Ronaldu "Ən-Nəsr"-də qalacaq
01:09 27.06.2025
"Xameneini öldürmək istəyirdik,amma tapmadıq"
00:54 27.06.2025
Bu şəxslərə yumurta yemək olmaz
00:39 27.06.2025
Mədəniyyət Nazirliyi partlayış barədə açıqlama verdi
00:31 27.06.2025
Kadırovun vəzifədən gedir
00:22 27.06.2025
"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-4
00:07 27.06.2025
"Partlayışda xəsarət alan yoxdur" -Rəsmi Açıqlama
00:03 27.06.2025
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
23:43 26.06.2025
Moldovanın Aİ-yə qəbulu üçün danışıqlar başlayır
23:28 26.06.2025
Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib
23:14 26.06.2025
Paşinyanın müxalifətdən qurtulma planı -Analitik Şərh
22:57 26.06.2025
Bakı qlobal enerji dialoqu üçün platformadır
22:42 26.06.2025
"Liverpul" yeni transferini açıqladı
22:27 26.06.2025
ABŞ-Meksika sərhədi boyunca yeni hərbi bufer zonaları yaradılacaq
22:12 26.06.2025
Mərkəzi Afrikada transformator partlayışı faciəyə səbəb olub
21:57 26.06.2025
Avropaya milyonlarla PUA lazımdır
21:41 26.06.2025
İsrail komandoları Fordo nüvə obyektinə girdilər
21:26 26.06.2025
Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
"İspaniya öz qərarlarını özü verir"
20:18 26.06.2025
Hamısı