"Bəzən dezinformasiyanı kommersiya məqsədilə istifadə edirlər, bəzən bilməyərəkdən və s. Dezinformasiya məqsədli şəkildə yalan məlumatların istifadəsidir".
Ednews xəbər verir ki, bu sözləri TASS İnformasiya Agentliyinin Baş direktorun birinci müavini, Professor Mixail Qusman konfrans zamanı bildirib.
Müzakirələr zamanı M.Qusman vurğulayıb ki, informasiya müharibəsi bəzən başa çatmır. O qeyd edib ki, peşəkarlar informasiyanı fərqləndirlməlidir. “Bəzən dezinformasiyanı kommersiya məqsədilə istifadə edirlər, bəzən bilməyərəkdən və s. Dezinformasiya məqsədli şəkildə yalan məlumatların istifadəsidir. Bəzən dezinformasiya hansısa qruplar tərəfindən hansısa ölkəyə qarşı xüsusi məqsədlərlə istifadə edilir. Dezinformasiya xüsusi informasiya silahının bir növüdür və ələxsus da informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə kifayət qədər güclü silahdır. İnsanlar daha çox çalışır ki, informasiyaları qısa formada telefondan alsınlar. Cəmiyyət düşdüyü bu kütləvi dalğalara hazır deyil. Bir çox insanlar doğruluğunu yoxlamadan informasiya yayırlar. Blogerləri jurnalist hesab etmirəm. Jurnalisika bir peşədir və sən ona görə məsuliyyət daşıyırsan. İnformasiyaya peşəkar yanaşmaq lazımdır”, - deyə o əlavə edib.
Xəyal