Britaniyadakı səfirliyimizin yeni binasının açılışı oldu – FOTOLAR

Cəmiyyət 09:10 26.07.2024

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinə həsr olunmuş ilk rəsmi tədbir COP29 mövzusunda keçirilib.

Bu barədə Ednews-a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə keçirilən tədbirə Böyük Britaniyanın enerji təhlükəsizliyi və “xalis sıfır” emissiyalar üzrə dövlət katibi Ed Milibend, beynəlxalq iqlim və enerji naziri Kerri Makkarti, Britaniyadakı diplomatik korpusun marşalı Alisteir Harrison, COP26-nın Prezidenti, Britaniya parlamentinin Lordlar Palatasının deputatı Alok Şarma, Britaniya Baş nazirinin Azərbaycan üzrə keçmiş Ticarət elçisi Baronessa Nikolson, parlamentarilər Baronessa Uddin, Bob Bləkmən, Lord Maknikol, Britaniyadakı diplomatik korpus nümayəndələri, o cümlədən Londondakı diplomatik korpusun duayeni – Hondurasın Britaniyadakı səfiri İvan Romero Martinez, həmçinin COP Sədrlikləri Troykasına daxil olan Braziliya və Birləşmiş Ərəb Əmirliklərinin Londondakı səfirləri, The City of Londondan yüksək vəzifəli nümayəndələr, Commonwealth Millətlər Birliyi Təşkilatının Londondakı qərargahının təmsilçiləri, Britaniya xarici işlər nazirliyi və Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyinin əməkdaşları, BP şirkətinin istehsalat və əməliyyatlar üzrə vitse prezidenti Gordon Birrell, səfirliyin yerləşdiyi Londonun Kensington və Çelsi Bələdiyyəsinin üzvləri, Britaniyada fəaliyyət göstərən çoxsaylı iqlim mütəxəssisləri və sairə şəxslər iştirak ediblər.

Açılışda çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasında keçirilən ilk rəsmi tədbirin COP29-a həsr olunmasının olduqca mötəbər hadisə olduğunu və bu vacib tədbirdə COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya məsələləri üzrə Dövlət katibi Ed Milibandın iştirak etməsinin rəmzi məna daşıdığını deyib.

Səfir ilin sonuna doğru COP29-a ev sahibliyi edəcək Azərbaycanın diqqətinin tam şəkildə iqlim fəaliyyətinə yönəldiyini və ölkəmizin bütün dünya üçün həyati əhəmiyyət daşıyan iqlim məqsədlərinin irəli aparılması üçün əlindən gələni etdiyini bildirib. E.Süleymanov bu məsuliyyətli işdə ilk gündən Azərbaycana dəstəyini əsirgəməyən Britaniya tərəfinə təşəkkür ifadə edib.

Elin Süleymanov, həmçinin bir neçə gün öncə Oksford şəhərində keçirilən Avropa Siyasi Birliyinin zirvə görüşü zamanı Britaniyanın Baş naziri Keir Starmer tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göstərilən qonaqpərvərliyə, eləcə də Britaniyanın xarici işlər naziri David Lammy ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında keçirilən səmimi görüşə görə Britaniya tərəfinə minnətdarlıq edib.

Səfir ölkəmizin Britaniyanın Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə töhfə vermək istiqamətində səylərini yüksək qiymətləndirdiyini deyib.

Daha sonra COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev çıxış edib. Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Siyasi Birliyinin zirvə görüşündə iştirak etmək üçün Britaniyaya işçi səfər etməsinə istinad edən nazir Azərbaycanın Britaniyadakı səfirliyinin yeni binasında keçirilən COP29-a həsr olunmuş tədbirdə həm də ikitərəfli dostluq münasibətlərinin qeyd olunduğunu vurğulayıb.

Londonun iqlim fəaliyyətində vacib mərkəz rolu oynadığını vurğulayan M.Babayev iyun ayının sonlarında London İqlim Fəaliyyəti Həftəsində iştirak üçün Britaniyaya baş tutan səfəri zamanı keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlərdən söz açıb. Bu xüsusda o, Millətlər Birliyi Təşkilatının Baş qərargahında kiçik ada dövlətlərinin səfirləri ilə keçirilmiş görüşə toxunaraq bu dövlətlərdə iqlim dəyişikliyinin mənfi nəticələrinin aradan qaldırılmasına yardım məqsədi ilə Azərbaycanın adıçəkilən təşkilatla yaxından əməkdaşlıq etdiyini qeyd edib.

 
COP26-nın ev sahibi olmuş Britaniyanın olduqca vacib tərəfdaş olduğunu deyən M.Babayev Britaniyalı həmkarlara Azərbaycanda keçiriləcək COP29 tədbirinin uğurlu keçməsi istiqamətində göstərdikləri dəstəyə görə təşəkkür edib. Londona hazırkı səfəri çərçivəsində dayanıqlı bazarlar təşəbbüsünün müzakirə edilməsi üçün özəl sektor və maliyyə institutları ilə rəsmi görüşlər keçirəcəyini deyən COP29-un müəyyən olunmuş prezidenti M.Babayev ölkəmizin COP29 çərçivəsində gördüyü işlər və irəli sürülən təşəbbüslərdən danışıb.

Böyük Britaniyanın enerji təhlükəsizliyi və “xalis sıfır” emissiyalar üzrə dövlət katibi Ed Milibend öz çıxışında Azərbaycanın Britaniyadakı səfirliyinin yeni binasının ilk rəsmi tədbirində iştirak etməkdən şərəf duyduğunu bildirib. Ed Miliband iqlim dəyişikliyinin qarşısının alınması və dünyanın yaşıl inkişafı üçün dünya ölkələrini bir araya gətirən COP tədbirlərinin olduqca əhəmiyyətli olduğuna inandığını qeyd edib.

Dövlət katibi indiyədək keçirilmiş COP görüşlərində razılaşdırılmış tədbirlərin davam etdirilməsinin, habelə COP29-da iqlim maliyyələşməsi məsələsi üzrə vacib razılığa gəlinməsinin iqlim məqsədlərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bu kontekstdə o, iqlim problemlərindən ən çox əziyyət çəkən ölkələrə dəstək verilməsinin önəminə diqqət çəkib. Britaniyanın dövlət katibi öz çıxışında dəfələrlə vurğulayıb ki, Britaniya tərəfi COP29-un uğurla keçməsi və gözlənilən nəticələrin əldə olunması üçün ölkəmizə hər bir dəstəyi verməyə və Azərbaycanla yaxından tərəfdaşlıq etməyə hazırdır.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı