Ədliyyə işçilərinə mənzil kirayəsi üçün bu qədər pul veriləcək – QƏRAR

Cəmiyyət 11:15 26.07.2024

“Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nı təsdiq edilib. 

Ednews xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. 

Qərara əsasən, mənzil kirayəsi üçün pul kompensasiyası ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə verilir. 

Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə işçisinə və onun ailə üzvlərinə qulluq keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq, mənzil kirayəsi üçün pul kompensasiyası hər ay aşağıdakı məbləğlərdə ödənilir: 
- Bakı şəhərində - 150 manat; 

- Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat; 

- başqa şəhər və rayon mərkəzlərində - 75 manat; 

- digər yaşayış məntəqələrində - 55 manat. 

Ədliyyə işçisinə onun hər bir ailə üzvünə görə göstərilən müvafiq kompensasiyaların 50 faizi məbləğində hər ay əlavə pul kompensasiyası ödənilir. Ödənişlər “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğun olaraq həyata keçirilir. 

Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə işçisinə və onların ailə üzvlərinə qulluq keçdiyi dövr ərzində mənzil kirayəsi üçün pul kompensasiyası aşağıdakı sənədlər əsasında ödənilir: 

- ədliyyə işçisinin ərizəsi (raportu); 

- İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri tərəfindən ədliyyə işçisinin qulluq keçdiyi müvafiq ədliyyə orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında verilən arayış; 

- mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilə; 

- ədliyyə işçisinin və ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin (evli olduğu halda), 15 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin surəti. 
Tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ədliyyə işçisindən tələb edilmir.

Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ədliyyə işçisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ədliyyə işçisi tərəfindən təmin edilir.
Yeni xidmət yerinə gəlmiş ədliyyə işçisi kirayədə yaşaması barədə ərizə (raport) ilə müraciət edərkən nəzərdə tutulmuş sənədləri təqdim etməlidir. Mənzilin kirayəsi üçün pul kompensasiyası mənzilin kirayə götürülməsi barədə müqavilənin imzalandığı gündən hesablanmaqla, lakin yeni vəzifəyə təyin edilmə günündən tez olmayaraq, ədliyyə orqanının rəhbərinin bu barədə əmrindən sonra ödənilir. 

Mmüəyyən edilmiş sənədlər hər il yenidən toplanaraq təqdim edilməlidir. Ədliyyə işçisinin ailə tərkibində dəyişikliklər baş verərsə, bu barədə işçi tərəfindən rəhbərliyə məruzə edilməli və pul kompensasiyası ilə bağlı müvafiq sənədlər təqdim olunmalıdır. 

Ədliyyə Nazirliyi tərəfindən xidməti yaşayış sahəsi ilə (digər yaşayış sahəsi ilə) təmin edilmiş ədliyyə işçilərinə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilmir. 

Qaydada göstərilən maliyyələşdirmə məsələləri Ədliyyə Nazirliyinə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçiriləcək. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı