VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov 1 sentyabrda Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlıqdan namizədliyini geri götürüb.
Ednews Report-a istinadən xəbər verir ki, namizədliyini könüllü olaraq geri götürdüyünü Quba seçki dairəsi №59-a müraciət edərək bildirib.
“Mən artıq yaşlı bir insanam. Ailə və dostlarım mənə istirahət etməyi məsləhət gördülər. Mən hər zaman dövlətim, xalqım üçün buradayam və gələcəkdə də ölkəm və xalqım üçün əlimdən gələni etməyə hazıram,” - deyə “Report” Vahid Əhmədovun sözlərini gətirir.
Qeyd edək ki, V. Əhmədov III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.
Xəyal