Gəncə-Bakı alternativ yolunda torpaq sürüşməsi olub.
Ednews “apa.az”ın yerli bürosuna istinadən xəbər verir ki, alternativ yol kimi istifadə olunan üst yolda torpaq sürüşməsi baş verib və asfalt qatının bir hissəsi çöküb.
Yolun altından keçən suötürücüdən həddən artıq su keçməsi nəticəsində boru ilə asfalt qatı arasındakı torpaq yuyularaq aşınıb.
Qeyd edək ki, Gəncə-Bakı yolunun Nizami məqbərəsində körpünün altına sel sulları dolması nəticəsində magistal yol tam bağlanıb. Buna görə də, sürücülər alternativ yolla hərəkət edirdilər.