Böyükşorda günəş enerji qurğusu istismara verildi

Cəmiyyət 23:13 30.07.2024

Energetika Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) tərəfindən həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kVt olan günəş enerjisi qurğusunun açılış mərasimi keçirilib.

Nazirlikdən Ednews-a bildirilib ki, tədbirdə çıxış edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərə ölkəmizin töhfələrindən danışıb. C.Abdullayev Prezident İlham ƏIiyevin bərpaolunan enerjidən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə müvafiq olaraq reallaşdırılan meqa layihələrə diqqət çəkib, Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə cari ilin 6 ayında günəş enerjisi istehsalında 8 dəfədən çox artım qeydə alındığını söyləyib.

“95 kilovatı suda, 5 kilovatı quruda quraşdırılan layihə vasitəsilə illik 160 min kilovat-saatdan çox elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Layihə özəl investisiyaların cəlb olunması üçün çağırış rolunu oynayır və artıq genişləndirilməsi ilə bağlı müzakirələrə start verilib”, - deyən C.Abdullayev bu qurğunun su hövzəsi üzərində istismara verilən ilk günəş elektrik qurğusu olduğunu bildirib.

Tədbirdə çıxış edən bankın Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan vurğulayıb: “AİB regional layihə çərçivəsində Azərbaycanda su üzərində günəş enerjisindən istifadənin inkişafı üçün texniki dəstək verir. COP29 tədbiri ərəfəsində bu innovativ qurğunun işə salınmasının əhəmiyyəti böyükdür. Pilot layihə kiçik miqyasda həyata keçirilsə də, Azərbaycanda daha bir yaşıl enerji mənbəyinə çevrilir, su və günəş resurslarından birgə istifadəni optimallaşdırır, enerji kompleksini şaxələndirir və emissiyaların qarşısını alır”.


Layihə çərçivəsində stansiyanın istismarı və texniki xidməti sahəsində təlimlərin təşkili də nəzərdə tutulur.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Mark Zukerberq Ağ Evdən qovulub
06:38 06.07.2025
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
06:05 06.07.2025
İsrail HƏMAS-ın şərtlərini qəbuledilməz sayır
05:33 06.07.2025
"Tramp ABŞ-nin təhlükəsizliyini təhdid edir"
05:00 06.07.2025
Çin Putini müharibəni dayandırmağa razı sala bilərmi?
04:27 06.07.2025
Livan İsraillə sərhəddəki qoşunlarını artırır
03:54 06.07.2025
İsrailin Müdafiə Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib
03:22 06.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 50-yə çatıb
02:50 06.07.2025
İlon Mask siyasi partiya yaradır
02:18 06.07.2025
Makron hökuməti defoltla üzləşə bilər
01:46 06.07.2025
Qızıl bahalaşır?
01:13 06.07.2025
Hamısı