“Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində hər il 3 minə qədər yer seçilmir”.
Ednews xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Muxtar Hacıyev Agentliyin sosial şəbəkə hesabında yayımlanan çıxışı zamanı deyib.
“İl boyunca 17- 18 minə qədər vakansiya da təqdim olunur. 3 minə qədər vakansiyanın seçilməməsinin səbəbi isə adətən məktəblərin mərkəzlərə uzaq yerlərdə yerləşməsi ilə əlqələndirilir. Lakin bu məktəblərdə də ixtisas üzrə müəllimlərin təmin edilməsi üçün biz o, vakansiyaları təkrarən seçimə təqdim etməliyik”, - deyə o qeyd edib.