Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 57 %-i tamamlanıb

Cəmiyyət 18:20 22.08.2024

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 57 %-ni tamamlayıb.

Ednews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin departament müavini Kənan Rzayev bildirib.

"O cümlədən, dəmir yolu xəttinin layihələndirilməsi işləri 83 % yerinə yetirilib", - deyə o qeyd edib.

ADY rəsmisi deyib ki, ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca 60 metr enində ərazilərin minadan təmizlənməsi başa çatdırılıb, əlavə genişlənmələrin tələb olunduğu hissələrin isə minadan təmizləməsi davam etdilir. Eyni zamanda dəmir yolu xəttinin 72-82-ci km hissəsində yolun oxunun dəyişdirilməsi səbəbindən minatəmizləmə işləri təkrar yerinə yetirilib.

"Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə 72 km, yan yollarla birlikdə isə 83,4 km hissəsində rels-şpal çərçivələri qoyulub, 65,6 km hissəsində uzunölçülü relslərin quraşdırılması işləri tam şəkildə başa çatdırılıb. Hazırda xəttin km 72-89 km aralığında torpaq və mühəndis qurğuların tikintisi işləri davam etdirilir. Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir", - deyə o əlavə edib.

"Horadiz-Ağbənd dəmir yolu xəttinin 106-ci km-də inşa edilən tunelin uzunluğu 1 071 metrdir. Tunelin qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsinə də imkan verir. Tunelin tikintisi Yeni Avstriya üsulu ilə yerinə yetirilir. Bu üsulda tunelin ətrafında yerləşən qaya qruntunun yükgötürmə qabiliyyətindən asılı olaraq tunelin konstruksiyasına dəyişikliklər olunur, bu da tikinti xərclərinin optimallaşdırılmasına səbəb olur. Qazma işləri qazma-partlatma üsulu ilə aparılır. Tuneldə qazma işləri həm giriş, həm də çıxış tərəfdən aparılır", - deyə K.Rzayev vurğulayıb.

ADY-nin şöbə müdiri Fəryaz Rüstəmov vurğulayıb ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də yerləşən körpünün uzunluğu 771 metrdir və 23 aşırımdan ibarətdir: "Körpünün dayaqları diametri 1200 mm olan monolit dəmir-beton qazma-doldurma svayların üzərində layihələndirilib.Sözügedən körpünün tikintisinin səbəbi dəmir yolunun bu həssədə Xudafərin su anbarına yaxın yerləşməsidir. Körpünün dəmir-beton işləri tamamlanıb, hərəkət tavasının izolyasiya işlərinin başlanması planlaşdırılır".

Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttində işlərin 2025-ci ildə tamamlanması gözlənilir.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil sahəsində ortaq dil və dəyərlərlə hərəkət etməlidir"
13:40 13.06.2025
İsrail Təbrizi və Şirazı vurdu
13:36 13.06.2025
Parlamentin növbəti iclasının tarixi məlum oldu
13:24 13.06.2025
Rusiya aviaşirkətlərinin İsrail, İordaniya, İraq və İrana uçuşlar həyata keçirməsi qadağan edilib
13:10 13.06.2025
“Qaz təchizatı haqqında” qanun layihəsi qəbul olundu
13:07 13.06.2025
"SEPAH rəhbərliyinin böyük hissəsi bir zərbə ilə öldürülüb"
13:03 13.06.2025
Azad olunmuş rayonlarda 240 hektar meşə bərpa olunacaq
12:52 13.06.2025
Qadın profilləri ilə vətəndaşları aldadan şəxs saxlanılıb
12:49 13.06.2025
Yaxın Şərqin Barıt Çəlləyi: İran–İsrail Münaqişəsinin Anatomiyası
12:48 13.06.2025
"NATO İran-İsrail münaqişəsində iştirak etmir"
12:25 13.06.2025
Cəmkəran məscidində qisas bayrağı qaldırılıb
12:06 13.06.2025
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb
11:49 13.06.2025
İngiltərə Liqa Kubokunda yeni qayda tətbiq ediləcək
11:26 13.06.2025
Yerli şirkətlərin tanıtım sərgisi 30 min qonaq gözləyir
11:22 13.06.2025
Qanunsuz aborta görə cəzaların sərtləşdiriləcək
11:18 13.06.2025
Azərbaycan XİN İsrailin İrana hücumuna reaksiya verdi
11:14 13.06.2025
TDT-nin mülki müdafiə mexanizmi təsis ediləcək
11:05 13.06.2025
"Liverpul" Osimhenə elçi düşüb
10:39 13.06.2025
İsrailin Təbrizə hücumu nəticəsində üç nəfər həlak olub
10:34 13.06.2025
Şahbaz Şərif BMT-ni İran və İsrail arasında gərginliyin daha da artmasının qarşısını almağa çağırıb
10:16 13.06.2025
"İranla müharibə uzun sürəcək"
09:57 13.06.2025
"İran cavab addımı atsa..."
09:13 13.06.2025
Ağdamda Maqsudlu kəndi ərazisində sümük qalıqları tapıldı
09:03 13.06.2025
"İsrailin İrana qarşı hücumları BMT Nizamnaməsinin pozulmasıdır"
08:36 13.06.2025
AKP İsrailin İrana hücumunu pisləyib
08:33 13.06.2025
“AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edilib
08:07 13.06.2025
Səudiyyə Ərəbistanı İsrailin İrana qarşı addımlarını pisləyib
07:56 13.06.2025
İran İsrailə 100-dən çox PUA göndərib
07:40 13.06.2025
İordaniya hava məkanını bağlayır
07:38 13.06.2025
Tramp İsrailin İrana hücumundan əvvəlcədən xəbərdar olub?
06:15 13.06.2025
İsrailin İrana hücumu nəticəsində altı nüvə alimi ölüb
06:11 13.06.2025
İranın Baş Qərargah rəisi və “SEPAH”ın komandanı həlak olub
05:50 13.06.2025
Böyük Britaniya İsrail və İranı gərginliyi azaltmağa çağırıb
05:09 13.06.2025
İranın nüvə obyektində partlayışlar baş verib
00:54 13.06.2025
"Kərimə" dövləti qurmaq istəyənlərə hökm oxundu
14:06 12.06.2025
"Suriyanın yeni rəhbərliyi ilə danışıqlarda maraqlıyıq"
14:02 12.06.2025
Hindistanda aviaqəza nəticəsində ölənlərin sayı 40-a çatıb
13:56 12.06.2025
“Elmi fəaliyyətlə bağlı qrantlara müraciət tam rəqəmsallaşdırılmalıdır”
13:47 12.06.2025
Hindistandakı aviaqəza "Boeing"-in səhmlərini ucuzlaşdırdı
13:36 12.06.2025
Məleykə Abbazasə repetitorlardan danışdı: "...özlərini reklam edirlər..."
13:24 12.06.2025
Hamısı