Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğın söndürülüb.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Xəsarət alan yoxdur.