BAMF COP29-da növbəti yan tədbirini keçirdi

Cəmiyyət 15:54 15.11.2024

Bu gün COP29-da  Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF)  “Sülhün Kökləri” təşkilatı ilə birlikdə növbəti yan tədbiri təşkil edib. Sülhün, Torpağın və Ekosistemlərin Minatəmizləmə və Kənd Təsərrüfatı Vasitəsilə Bərpası" mövzusunda baş tutan panel müzakirələrində BMT-nin QHT Bölməsinin rəhbəri Wook-Jin Chang, ANAMA-nın Maarifləndirmə və Zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov, “Sülhün kökləri” təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn, Beynəlxalq Bilik İqtisadiyyatı və Müəssisələrin İnkişafı Təşkilatının (IKED) sədri Tomas Anderson, Forbes"-un qida və ətraf mühit üzrə mükafat qazanan məşhur jurnalisti Dafne Ewing-Chow, Keniya Respublikasının UNEP-dəki daimi nümayəndəsi Səfir xanım Gertrude Angote, Bərpa Olunan Enerji üzrə Ərəb Platformasının Prezidenti Kamel Esseghairi, ANAMA yanında İctimai şuranın sədr müavini Emil Həsənov və digər dəyərli qonaqlar yer almışdı.Azərbaycan Milli QHT Forumu Pavilyonunda keçirilən bu yan tədbir mina təhlükəsinin yalnız təhlükəsizlik deyil, həm də dayanıqlı inkişaf və ekoloji tarazlıq üçün ciddi təhdid olmasına vurğu edib. 

İlk olaraq açılış nitqi ilə çıxış edən BAMF prezidenti Umud Mirzəyev minalarla çirklənmiş ərazilərdə təhlükəsizlik problem ilə yanaşı çox ciddi ekoloji təhdidin olmasını vurğulayıb: “Biz burada yalnız torpaqları minalardan təmizləmək haqqında danışmırıq; biz əslində o torpaqların gələcək nəsillərə sülh içində ötürülməsi haqqında danışırıq. Torpağın minalardan azad edilməsi, orada həyatın yenidən canlanması deməkdir – kənd təsərrüfatının inkişafı, əhalinin köçürülməsi, iqtisadi fəaliyyətin bərpası və yeni bir ekosistemin yaradılması deməkdir.” 

Çıxışın sonunda Umud Mirzəyev tədbir iştirakçılarına və dəyərli qonaqlara təşəkkürünü bildirib:” Bu yolda bizimlə birgə çalışan və dəstək verən beynəlxalq tərəfdaşlarımıza təşəkkür edirəm. Ümid edirəm ki, bu gün burada müzakirə edəcəyimiz məsələlər və qəbul edəcəyimiz qərarlar gələcək nəsillərə təhlükəsiz, davamlı və bərpa edilmiş bir dünya bəxş etməyə xidmət edəcəkdir.”

Daha sonra BAMF-ın mina problemi və 18-ci DİM təşəbbüsü ilə bağlı hazırladığı video-çarx nümayiş etdirilib.  Video təqdimatdan sonra söz alan BMT-nin QHT Bölməsinin rəhbəri Vuk Ji Çanq QHT-lərin sülh quruculuğundakı əvəzsiz rolunu vurğuladı və onların münaqişədən təsirlənmiş icmalarla birgə fəaliyyətinin və sülh quruculuğundakı əhəmiyyətli rolundan danışdı. O qeyd etdi ki, bu gün QHT-lər beynəlxalq dəstəyin yerli icmalara çatdırılmasında əsas vasitədir​. 

“Mən regionun çətin münaqişə irsini eşitməkdən kədərlənirəm. Öyrəndim ki, burada hələ də 1,5 milyondan çox mina yerləşdirilib. Bu gün insanlar hələ də partlamamış hərbi sursatlardan və minalardan əziyyət çəkirlər - bu, cəmiyyətin təhlükəsizliyinə, iqtisadi dayanıqlığa və ətraf mühitin bərpasına davamlı təsirin açıq bir xatırlatmasıdır. Təəssüf ki, 2020-ci il noyabrın 10-dan etibarən 382 Azərbaycan vətəndaşı minaların qurbanı olub.” – deyə cənab Çanq bildirib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə və Zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov isə çıxışında mina təmizləmə prosesinin ekosistemlərin və insan həyatının qorunmasında vacibliyindən danışıb: “Minaların və digər növ müharibənin partlayıcı qalıqlarının məhvi ilə humanitar minatəmizləmə əməliyyatları flora və faunanın təhlükəsizliyi təmin edir. Bu gün Azərbaycan 11 min kvadrat kilometrdən çox ərazisi ilə dünyada ən çox minalarla çirklənmiş ölkədir. 2020-ci ilin noyabr ayından etibarən ANAMA və ya digər minatəmizləmə təşkilatları tərəfindən 172 786 hektardan çox ərazi təmizlənib. Təmizlənən ərazilərin əksəriyyəti isə kənd təsərrüfatı, ekoloji zonalar və yaşayış sahələridir.”

ANAMA rəsmisinin çıxışından sonra isə “Sülhün kökləri” təşkilatının təsisçisi Haydi Kun özünün dünya miqyasında tanınan “Minalarda üzüm bağlarına” təşəbbüsünün icmalara təsirindən və genişlənən əhatə dairəsindən söz açıb. O, Azərbaycana səfərlərinin bir daha xatırlatdı ki, minalardan təmizlənmiş ərazilərdə üzüm bağlarının salınması təkcə iqtisadiyyatı canlandırmır, həm də insanların həyatına yeni ümidlər gətirir. 

Çıxışçılar arasında, həmçinin, Mina aksiyası üzrə beynəlxalq ekspert Emil Həsənov, Beynəlxalq Bilik İqtisadiyyatı və Müəssisələrin İnkişafı Təşkilatının (IKED) sədri Tomas Anderson və Bərpa Olunan Enerji üzrə Ərəb Platformasının Prezidenti Kamel Esseghairi yer alıb.

Panel müzakirələrdə minatəmizləmə fəaliyyətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri siyahısına daxil edilməsinin əhəmiyyəti xüsusilə vurğulandı. Tədbirin bağlanış nitqində Umud Mirzəyev mina təmizləmə və kənd təsərrüfatının vasitəsilə ekosistemlərin və sülhün bərpasının yerli icmalar üçün həm iqtisadi, həm də sosial rifahın təminatçısı olduğunu bir daha qeyd edib. Umud Mirzəyev bildirib ki, bu cür tədbirlər post-konflikt ərazilərdə həyatın geriqaytarılması və bunun üçün ən optimal həəllərin təklif olunması üçün bu tip tədbirlərin çox böyük rolu var. 

IMG_2356.JPG

IMG_2232.JPG

ILK_3110.JPG

ILK_3175.JPG

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı