BAMF İsveçrə Parlamentinin Aşağı Palatasının “Dağlıq Qarabağ: Sülh Forumu” Qətnaməsinə dair Bəyanat verdi

Cəmiyyət 15:38 19.12.2024

Dekabrın 17-də İsveçrə Parlamentinin Aşağı Palatası “Dağlıq Qarabağ: Sülh forumu” adlı qətnaməni qəbul etmişdir. Dağlıq Qarabağ reallıqlarının təhrif olunduğu qətnamə mətni ölkə ictimaiyyəti içində ciddi narazılığa səbəb olub. Məsələyə biganə qalmayan Beynəlxalq Avrasiya Mətbuat Fondu qətnaməyə dair rəsmi bəyanat vermişdir. Bəyanatın mətni ilə sizi tanış edirik:

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), sülhün təşviqinə yönəlmiş beynəlxalq təşkilat olaraq, 17 dekabr 2024-cü il tarixində İsveçrə Parlamentinin Aşağı Palatasında müzakirəyə çıxarılan təkliflə bağlı ciddi narahatlığını ifadə edir. Sözügedən qətnamədə “Dağlıq Qarabağ münaqişəsi” mövzusu ətrafında beynəlxalq sülh forumunun təşkili və bölgədən könüllü şəkildə ayrılmış erməni sakinlərin geri qaytarılması üçün şəraitin yaradılmağı nəzərdə tutulur. Bu, həm hüquqi, həm də siyasi baxımdan dərin təhlil və hərtərəfli araşdırma tələb edən mürəkkəb məsələlərə yol açır.

Bu yanaşma, təəssüf ki, sülhün təşviqinə xidmət etmir, əksinə, gərginliyi artırmaq riskini yaradır. Qətnamə  barışıq və qarşılıqlı anlaşmaya yönəlmiş səyləri zəiflədən birtərəfli mövqeni əks etdirir.

2023-cü ildə münaqişənin həlli ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmiş və Qarabağ regionu işğaldan azad olunmuşdur. Bu nəticə Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar da daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınmışdır.

Yanlış narrativlər əsasında forumların təşkilinə dair irəli sürülən təkliflər Cənubi Qafqazda uzun illərin zəhməti , hətta fədakarlığı nəticəsində əldə edilmiş davamlı sülh və sabitliyə ciddi təhlükə yaradır. Bu məsələlərin Azərbaycanın suverenliyinə hörmətlə və beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə həll edilməsi zəruridir.

 Biz müşahidə edirik ki, bəzi dairələrdə regionun reallıqları ilə bağlı narahatlıq doğuran məlumat çatışmazlığı mövcuddur. Müəlliflər işğal altında olduğu dövrdə Qarabağın xarabalığa çevrildiyi faktını gözardı edir. Son 30 il ərzində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün ağır çətinliklərə məruz qalması ilə bağlı problemlər barədə çoxları məlumatsızdır. Xocalı, Qaradağlı, Ağdaban kimi foto, video faktları olan ermənilər tərəfindən törədilmiş çoxsaylı qətliamlar və soyqırımlar diqqətdən kənarda qalmışdır. Bunun əvəzinə, 1915-ci il hadisələri kimi yalan olduğu tarixi faktlarla üzə çıxarılan hadisələr naməlum səbəblərdən diqqət mərkəzində qalmağa davam edir. Belə laqeydlik saysız-hesabsız qurbanların haqq səsini susdurur və regionun tarixi haqqında təsəvvürləri təhrif edir. Bu faktorlar səmimi və əhatəli barışıq səylərinin təcili ehtiyacını bir daha vurğulayır.

Belə təkliflər və bəyanatlar mövcud məsələlərin həllinə, münasibətlərin yaxşılaşdırılmasına və gərginliyin azaldılmasına nəinki xidmət etmir, hətta  onları böyüdür və dərinləşdirir. Üç onillik ərzində Azərbaycan ədalət və sülh uğrunda mübarizə aparmış, bu məqsədlərə çatmaq üçün böyük fədakarlıqlar göstərmişdir.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) sülh quruculuğu təşəbbüslərinin irəliləməsinə, millətlər və cəmiyyətlər arasında konstruktiv dialoqun təşviqinə olan dəyişməz bağlılığını bir daha vurğulayır. Biz İsveçrəni  neytrallıq və vasitəçilik ənənəsi ilə tanınan  ölkə kimi bölgədəki gərginliyi artırmaq və ya yanlış anlamaları davam etdirmək əvəzinə, davamlı sülhə məqsədyönlü şəkildə töhfə verməsini təmin etməyə çağırırıq.

 

Beyanat_page-0001.jpg

Beyanat_page-0002.jpg

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Hamısı