Bir qrup Azərbaycan QHT-si ABŞ hakimiyyətinə açıq məktub ünvanlayıb

Cəmiyyət 15:16 06.02.2025

Bir qrup Azərbaycan QHT-si ABŞ və Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktub ünvanlayıb.
"EDnyus" xəbər verir ki, məktubda deyilir:
“Hörmətli ABŞ-ın vitse-prezidenti cənab Ceyms Devid Vens (James David Vance)!
Hörmətli ABŞ-ın dövlət katibi cənab Marko Rubio (Marco Antonio Rubio)!
Hörmətli ABŞ-ın Xəzinədarlıq Katibliyinin rəhbəri cənab Skot Bessent (Scott Bessent)!
Hörmətli ABŞ Ticarət katibi vəzifələrini icra edən cənab Ceremi Pelter (Jeremy Pelter)!
Hörmətli ABŞ-ın Baş prokuroru xanım Pamela Bondi (Pamela Jo Bondi)!
Hörmətli Avropa İttifaqı Şurasının prezidenti cənab Antonio Koşta (António Costa)!
Hörmətli Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen (Ursula von der Leyen)!
Hörmətli Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi cənab Kaya Kallas (Kaja Kallas)!
Biz, aşağıda imzası olan Azərbaycanın qeyri-hökumət təşkilatları Ukraynada davam edən müharibə ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan Rusiyanın yan keçməsinə şərait yaradan Ermənistan Respublikasının fəaliyyətindən ciddi narahat olduğumuzu bəyan edirik.
Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik olan Ermənistanın 2022-ci ildə Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra həm idxalında, həm də ixracında iqtisadi potensialına uyğun olmayan kəskin artımlar müşahidə edilməyə başlanıb. 2021-ci ildə Rusiya ilə Ermənistan arasındakı ticarət dövriyyəsi təxminən 2,5 milyard ABŞ dolları olduğu halda, 2024-cü ildə 5 dəfəyə qədər artaraq 12 milyard ABŞ dolları səviyyəsinə çatıb. 2021-ci ilə qədər Ermənistanın mal və məhsul ixracında Rusiya Federasiyasının payı 27% həddini keçmədiyi halda, 2022-2023-cü illər ərzində 40-44% həddinə yüksəlib. 2024-cü il ərzində Ermənistanın əsas ixrac coğrafiyası Rusiyadan idxal edilən qiymətli metalların üçüncü ölkələrə yönəldilməsi səbəbindən Ərəb körfəzi ölkələri olub.
Ticarətin bu cür kəskin artması, xüsusən də yüksək texnologiyalı malların ixracı bu məhsulların hərbi məqsədlər üçün istifadəsi ilə əlaqədar ciddi narahatlıqlar yaradır. Ermənistanın 2024-cü ildə Rusiyaya ixracında önə çıxan yarımkeçiricilər, smartfonlar, rabitə cihazları və digər yüksək texnoloji avadanlıqların heç birini Ermənistan iqtisadiyyatı istehsal etməyə qabil deyil. Bu, Rusiyanın Ukraynadakı hərbi səylərini dəstəkləyə biləcək malların ötürülməsini asanlaşdırmaqla sanksiyaların potensial pozulduğunu göstərir. Bu, Ermənistan kimi üçüncü iştirakçı vasitəsilə Rusiyanın sanksiyalardan yayınaraq, Ukraynadakı hərbi səylərini dəstəkləyə biləcək mallar əldə etməsinə dəlalət edir.
Ermənistanın sanksiyalardan yayınmada artan rolu bu sanksiyaların Rusiyaya təsirini sarsıdan əhəmiyyətli boşluğa işarə edir. Bu vəziyyətə cavab olaraq, biz ABŞ və Aİ-ni aşağıdakı addımları atmağa çağırırıq:
• Ermənistanın ticarət əməliyyatlarına nəzarət artırılsın: Ermənistanın idxal və ixrac etdiyi malların daha sərt rejimdə yoxlanılmasını, bu sahədə şəffaflığın təmin edilməsini, xüsusilə, müharibədə istifadə olunan mallarla qanunsuz ticarətin qarşısının alınmasını tələb edirik!;
• Sanksiyaların tətbiqi gücləndirilsin: ABŞ və Aİ hökumətlərinin mövcud sanksiyaları daha ciddi şəkildə tətbiq etmələri vacibdir. Biz onları sanksiyalardan yayınmada roluna görə Ermənistana qarşı məqsədyönlü sanksiyalar və ya ticarət məhdudiyyətləri tətbiq etməyə və Rusiyanın sanksiyalardan yan keçməsinə kömək edən istənilən dövlətə qarşı qəti addımlar atmağa çağırırıq.
• Ermənistana diplomatik təzyiq gücləndirilsin: Biz Qərb hökumətlərini Ermənistanın Rusiyaya bu cür dəstəyini dayandırması üçün diplomatik səyləri gücləndirməyə çağırırıq. Ermənistana beynəlxalq hüquq üzrə öhdəlikləri, sülh və birgəyaşayış prinsiplərinə riayət etmək məsuliyyəti xatırladılmalıdır.

Ermənistanın Rusiyaya davamlı dəstəyi təkcə Ukraynada müharibəni uzatmır, həm də sülh və sabitliyin bərpası üçün beynəlxalq səylərə zərbə vurur. Ermənistanın öz hərəkətlərinə görə cavabdehlik daşımaması beynəlxalq hüququn növbəti dəfə pozulmasına təkan verir və sanksiyalar rejimini zəiflədir.
Biz qəti şəkildə inanırıq ki, beynəlxalq ictimaiyyətin vahid və qətiyyətli mövqeyi Ermənistanın hərəkətlərini dayandırmaq və Rusiyaya qarşı sanksiyaların effektivliyini gücləndirmək üçün çox vacibdir. Ümid edirik ki, siz bizim narahatlığımızı nəzərə alacaq və Ermənistanın Ukraynada münaqişəni qızışdırmasının qarşısını almaq üçün lazımi addımları atacaqsınız.
Sonda, biz sizə üz tutaraq təcili çağırış edirik: Ermənistanın Rusiyanı sanksiyalardan yayındırması dayandırılsın!”.

Müraciəti imzalayan QHT nümayəndələri aşağıdakılardır:

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov

Azərbaycan Respublikası Müharibə, Silahlı Qüvvələr və Əmək Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü - istefada olan general-mayor Vladimir Timoşenko

İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Kəramət İsmayılov

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının sədri Günay Şahbazova

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Ramin Şərifov,

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov,

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli 

 
 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı